13 Noyabr 2026 13:19
106
CƏMİYYƏT
A- A+
"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə  

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə  


Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) tədbirləri çərçivəsində Azərbaycan pavilyonunda “Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi” mövzusunda müzakirilər keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Maliyə İnstututunun eksperti Emre Tiftikin moderatorluğunda keçirilən sessiyada “Boston Colculting Group” təmsilcisi Veronika Çau, “J.P.Morgan Chase” qrupunun departament rəhbəri Linda Frenç və digərləri çıxış ediblər.

Qeyd olunub ki, qlobal iqtisadiyyatin tarixi keçid dövrünü yaşadığı bir dövrdə, elektrik enerjisinə artan tələbat, süni intellektin aktiv tətbiqi və təchizat zəncirlərinin dayanıqlılığına zərurət özəl kapitalın iqlim tədbirləri üçün səfərbər edilməsi baxımından böyük imkanlar yaradır. Əsas prioritetlər arasında enerji şəbəkəlirinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elektrifikasiya, tullantıların idarə olunması, su təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və iqlimə uyğunlaşma kimi istiqamətlər sadalanıb.

Müzakirə iştirakçıları, yeni investisiyaların rəqabət qabiliyyəti, yeni iş yerlərinin yaradılması, milli təhlükəsizlik və strateji muxtariyyət üçün vacib amil adlandırıblar.

Bununla belə, özəl maliyyə resusrlarının risk-gəlir parametrləri, bazarın inkişafındakı çatışmazlıqlar və banklar tərəfindən maliyyələşdirilə biləcək layihələrin məhdudluğu səbəbindən istənilən səviyyədə olmadığı qeyd edilib.

Tədbirdə bankların, sığorta şirkətlərinin və maliyyə institutlarının iqlim investisiyaları ilə bağlı riskləri necə azalda biləcəyi, həmçinin özəl kapitalı hansı formada cəlb edəcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi

14:20
13 Noyabr

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

13:47
13 Noyabr

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

13:32
13 Noyabr

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə  

13:19
13 Noyabr

Media və Yayım Şurası açıqlama yayıb

13:11
13 Noyabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

13:04
13 Noyabr

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

13:03
13 Noyabr

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib  

13:02
13 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

13:01
13 Noyabr

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 

13:00
13 Noyabr

Beş yeni miniatür qurbağa növü aşkar edilib

12:58
13 Noyabr

Qazaxda dövlət proqramının icrası vəziyyəti müzakirə edilib  

12:57
13 Noyabr

Avropa tədqiqatı 900 milyondan çox qalaktika aşkarlayıb

12:55
13 Noyabr

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama  

12:43
13 Noyabr

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

12:38
13 Noyabr

Neft ucuzlaşır

12:37
13 Noyabr

Bakıda “Eternity-2026” təliminin açılışı olub

12:28
13 Noyabr

Heydər Əliyevin Atatürkə münasibəti Azərbaycan-Türkiyə münasibətləri kontekstində

12:09
13 Noyabr

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb 

11:40
13 Noyabr

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

11:39
13 Noyabr

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır 

11:36
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!