26 Avqust 2024 16:12
212
DÜNYA
A- A+

Misir: eramızdan əvvəl 6-cı əsrin astronomik rəsədxanası aşkar edilib

 

Misirin şimalındakı Kəfr əl-Şeyx əyalətinin Tell əl-Farain şəhərində arxeoloji missiya tərəfindən eramızdan əvvəl 6-cı əsrdə tikilmiş böyük astronomik rəsədxana aşkar edilib. Misirin Turizm Nazirliyinin məlumatına görə, rəsədxana 850 kvadratmetr ərazini əhatə edir və qazıntılar zamanı məbədin cənub-qərb hissəsində aşkar edilib.
Çiy kərpicdəninşa olunmuş qədim tikili, arxeoloqlar tərəfindən yenidən qurulduğu kimi, Günəşin və ulduzların hərəkətini müşahidə etmək üçün istifadə olunub. Rəsədxananın içərisindən qədim zamanlarda istifadə edilən astronomik alət olan daş günəş saatı tapılıb. Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş direktoru Məhəmməd İsmayıl arxeoloji missiyanın uğurunu yüksək qiymətləndirərək, kəşfin “qədim misirlilərin ən qədim dövrlərdən astronomiya sahəsindəki fərasət və məharətini təsdiq etdiyini” vurğulayıb.

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video