04 Dekabr 2024 08:50
2624
Elm və texnika
A- A+
Minilliyin tənliyini Türkiyədə yaşayan riyaziyyatçı soydaşımız həll etdi

Minilliyin tənliyini Türkiyədə yaşayan riyaziyyatçı soydaşımız həll etdi


Qalileo Qaliley yazıb: "Dünya riyaziyyat dilində yazılmış əzəmətli bir kitabdır". Məhz bu məntiqə söykənərək demək olar ki, həmin "kitab"ın müəllifləri öncə Allah, sonra isə riyaziyyat alimləridir. 2 min ildən çoxdur ki, riyaziyyat həqiqətin sərhədlərini müəyyənləşdirməkdə, onun dərk edilməsində alimlərin tədqiqatının əsas hissələrindən birinə çevrilmişdir.

Alimlik asan həyat yolu deyil, istedadın, zəhmətin, qüdrətin və möhtəşəm inadkarlığın nəticəsidir. Alim kainatı qavramaqla onun sirlərinə bələd olmaq dərəcəsinə yüksələ bilən adamdır. O bu dərəcəni özünün kamalı və elmi ilə əldə edir. Əslində bu dərəcə fitri istedaddan "qidalanır". Bununla belə, ona möcüzə də demək olar, Allah vergisi də. 

Hər elmin öz alimi var. Taleyini riyaziyyat elminə bağlayan alim isə bir ayrı verginin daşıyıcısıdır. Çünki riyaziyyat fundamental elmdir, ondan fizika, kimya, biologiya, geologiya, mühəndislik, astronomiya, logistika, təhlükəsizlik, informasiya texnikası və s. kimi bir çox təbiət elmlərində geniş istifadə olunur. Onu da deməliyik ki, riyaziyyat təkcə universal elm deyil, eyni zamanda ümumi mədəniyyətin tərkib hissəsidir, elə riyaziyyatçıların özləri kimi. 

Riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 1972-ci ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ildə aspiranturanı bitirərək Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. Düz 27 il bu elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub. 2003-cü ildə Kamal Soltanovu Türkiyənin Hacettepe Universitetinə dəvət ediblər. Professor burada 13 il çalışıb. 2018-2020-ci illərdə İğdır Univeresitetindən dəvət alan Kamal müəllim tədqiqatlarını bu elm və təhsil ocağında davam etdirib.

120-dən çox elmi məqalənin müəllifi olan Kamal Soltanov riyaziyyatda bir çox yeniliyə imza atıb. Bu yeniliklərin nədən ibarət olduğunu öyrənmək üçün özünə müraciət etməmişdən öncə internetdə araşdırma apardıq və məlum oldu ki, həmyerlimiz riyaziyyat elminin yollarında çox böyük addımlar atıb, xeyli uğur qazanıb. Onun "Yeni bir qeyri-xətti metrik fəzalar sinfi müəyyən edilməsi, onların xassələri, Lebeq, Sobolev və Orliç-Sobolev fəzaları ilə əlaqələri", "Yeni sabit nöqtə teoremlərinin isbatlanması və onların bilinən bu tip nəticələri", "Qeyri-xətti tənliklərin normal həll oluna bilməsini öyrənmək üçün yeni yolların verilməsi və tətbiqi", "Neuro-net və Rimann problem", "Xərçəng xəstəliyinin yayılması ilə bağlı yeni riyazi model" əsərləri dünya səviyyəsində qəbul və tətbiq olunur. 

Amma Kamal Soltanovun daha çox səs salan uğuru "Navye-Stoks bərabərliyi"nin həllini tapmasıdır. Məlumat üçün bildirək ki, "Navye-Stoks bərabərliyi" uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir. Bunlar "P və NP siniflərinin bərabərliyi", "Xoca hipotezi", "Puankare hipotezi", "Riman hipotezi", "Yanq-Mills nəzəriyyəsi", "Navye-Stoks bərbərliyi"nin mövcudluğu və rahat həlli, "Berç və Svinnerton-dayer hipotezi" problemləridir. Qeyd edək ki, 2010-cu ilin sentyabr ayında minilliyin yeddi problemindən biri - "Puankare hipotezi" rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilmişdir.

Elm elə bir yoldur ki, həmin yolda addımlayan alim ömrünün gilə-gilə əridiyini hiss etmir. Çünki qarşıda gözləyən müsbət elmi nəticə onu elə cəzb edir ki, o bu mühitdə özünü unudur, gecəsini-gündüzünə qatır, istəyinə çatmaq üçün çalışır. Və sonda qalib döyüşçü kimi bəşəriyyətə ximət etdiyinin sevincini yaşayır. Həmyerlimiz Kamal Soltanov da "Navye-Stoks bərabərliyi"nin həllini taparkən bu sevinci yaşayıb. Özü bu barədə belə deyir:

- Öncə onu deyim ki, Navye-Stoks tənlikləri həyatda baş verən prosesin riyazi modeli olduğu üçün 3 ölçülü vəziyyət üçün yazılmışdır və bu tənliklər sadəcə mayedə deyil, həm də bir çox prosesin riyazi modellərində, məsələn, hidrodinamikada, sinergetikada, ekologiyada, metrologiyada, qaz axınlarında və sairdə istifadə olunur. Ən vacib proseslərdən biri olan turbilensin araşdırılmasında da bu tənliklər əsas rol oynayır. Navye-Stok tənlikləri qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiylar sinfində olduğu tapılıb. Amma "həll təkdir, yoxsa çoxdur" sualı açıq qalıb. Yəni həllər çoxdursa, o zaman onlar fərqli funksiyalarla göstərilə bilər və bu zaman prosesin hansı istiqamətə yönələcəyindən danışmaq mümkün olmayacaq. Ona görə də 90 il idi bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm. Amma əgər həll çoxdursa, o zaman axının hansı istiqamətdə davam edəcəyini əvvəlcədən söyləyə bilmərəm.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!