11 Sentyabr 2026 11:47
1388
Təhsil
A- A+
Mingəçevirin işıqlı məzunları

Mingəçevirin işıqlı məzunları


Bu il şəhər üzrə 3 sinfin bütün məzunları ali məktəblərə qəbul olmuşlar


Mingəçevir Şəhər İcra Hakimiyyətində ümumtəhsil məktəblərinin məzunları, bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib. 

Görüşü açan ŞİH-in başçısı İlham İsmayılov şəhərin ümumtəhsil məktəblərinin yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarını və onların valideynlərini, müəllimləri təbrik edib. Qeyd edib ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar təhsil sahəsində uğurların artması, şagird və tələbələrin nailiyyətlərinin yüksəlməsi ilə müşayiət olunur: “Gənclər cəmiyyətin sabahının yaradıcılarıdır. Ümummilli Lider Heydər Əliyev gənclərin müasir dövrün tələblərinə uyğun formalaşmasına həmişə xüsusi diqqət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində yüzlərlə yeni məktəb binası, ali məktəblər üçün müasir korpuslar tikilərək istifadəyə verilib. Ulu Öndərin apardığı işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlbəil təhsilə, gəncliyə, onların təhsilinə qayğı və diqqət artır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Təsadüfi deyil ki, fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır”.

Tədbirdə məlumat verildi ki, bu il Mingəçevir şəhəri üzrə XI sinifləri 1455 nəfər bitirmişdir. Onlardan 715 nəfəri ali məktəbə qəbul olmuşdur. 38 mingəçevirli məzun 600 baldan yuxarı nəticə əldə etmişdir. Onlardan bir nəfəri isə ölkə üzrə ən yüksək nəticə - 700 bal toplamışdır. 4 nömrəli tam orta məktəbin, Texniki və Humanitar Fənlər Liseyinin hər birində bir sinfin, Təbiət-Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyinin iki sinfinin bütün şagirdləri 100 faiz nəticə göstərərək ali məktəblərə qəbul olmuşlar. 

Azərbaycan gənci təkcə təhsil və idmanda deyil, hər sahədə nümunə göstərir, milli-mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirir. Azərbaycan gəncləri Vətən torpaqlarının keşiyində durur, onu göz bəbəkləri kimi qoruyurlar. Birinci və İkinci Qarabağ müharibələrində, Aprel döyüşlərində, antiterror əməliyyatında Azərbaycan gəncləri fədakarlıq göstəriblər, canları, qanları ilə böyük Zəfəri qazanıblar. Yeri gəlmişkən qeyd edək ki, bu il ali məktəblərə qəbul olan mingəçevirlilər sırasında bir şəhid və  iki qazi övladı da var.

Görüşdə çıxış edənlər Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov, Təbiət-Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova, 689 balla Tibb Universitetinə qəbul olan Nəzrin Abdullayevanın valideyni Günay Abdullayeva, Texniki Humanitar Fənlər Liseyinin müəllimi, rəhbərlik etdiyi sinfin bütün şagirdləri ali məktəbə qəbul olmuş Günay Əliyeva, Vətən müharibəsi qazisi Pərviz Məmmədov, Əməkdar müəllim Mayıl İsmayılov müəllimləri, valideynləri, gəncləri təbrik edərək  xoş arzularını çatdırıblar. 

Təbiət-Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyin məzunu, 675 bal toplayaraq  Baki Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olan Cabbar Cabbarov əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə, xüsusən gənclərə dəstək olan, hər zaman diqqət və qayğı göstərən  Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, yüksək təhsili ilə buna cavab verəcəyini bildirib.

Tədbirin sonunda yüksək nəticə göstərmiş tələbələrə şəhər icra hakimiyyətinin xatirə hədiyyələri təqdim edilib.

                                                       

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!