21 Oktyabr 2026 10:25
216
CƏMİYYƏT
A- A+
Mingəçevirdə Energetiklər Günü qeyd olunub

Mingəçevirdə Energetiklər Günü qeyd olunub


"Azərenerji" ASC və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin məhz Mingəçevirdə keçirilməsi xüsusi rəmzi məna daşıyıb. Azərbaycanın energetiklər şəhəri kimi tanınan Mingəçevir uzun illərdir ölkənin elektroenergetika sisteminin əsas mərkəzlərindən biridir. Burada formalaşmış zəngin energetika ənənələri, böyük enerji obyektləri və energetiklərin əməyi ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək energetikləri peşə bayramı münasibətilə təbrik edib, Mingəçevirin inkişafında energetika sahəsinin və energetiklərin əməyinin mühüm rolunu qeyd edib.

"Azərenerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin 20 Oktyabr - Energetiklər Günü münasibətilə tədbir iştirakçılarına ünvanladığı təbrik müraciəti səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycan energetikasının keçdiyi inkişaf yolu, son illərdə "Azərenerji" ASC tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr və enerjisistemin gələcək inkişaf istiqamətləri barədə məlumat verilib.

Bildirilib ki, son illərdə ölkənin elektroenergetika sistemində böyük həcmdə yenidənqurma və modernləşmə işləri həyata keçirilib. Yeni generasiya gücləri yaradılıb, elektrik stansiyaları və yarımstansiyalar tikilib və yenidən qurulub, yüksəkgərginlikli ötürücü şəbəkələr müasirləşdirilib, enerjisistemin idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib.

Xüsusilə Mingəçevirin ölkənin enerji təminatındakı strateji mövqeyi vurğulanıb. Azərbaycanın energetika tarixində xüsusi yeri olan "Azərbaycan" İstilik-Elektrik Stansiyasının 45 illiyinin tamam olduğu qeyd edilib. Bildirilib ki, stansiya ötən 45 il ərzində ölkənin enerji təminatında mühüm rol oynayıb və burada böyük energetika məktəbi formalaşıb.

Eyni zamanda Mingəçevirdə yaradılmış müasir "8 Noyabr" Elektrik Stansiyasının ölkənin generasiya imkanlarının artırılması, enerjisistemin etibarlılığının və dayanıqlılığının gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin elektroenergetika sahəsində gördüyü işlərə həsr olunan "Müstəqil energetikanın banisi" adlı sənədli film nümayiş olunub.

20 Oktyabr - Energetiklər Günü çərçivəsində "Azərenerji" tərəfindən "Azərbaycan enerjisisteminin arxitekturası" kitabının təqdimatı da keçirilib.

Tədbirdə energetika sahəsinin inkişafında insan kapitalının xüsusi rolu da vurğulanıb. Peşəkar kadrların hazırlanması, gənc mütəxəssislərin inkişafı, elm, təhsil və istehsal arasında əməkdaşlığın genişləndirilməsinin gələcəyin enerjisisteminin qurulması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin sonunda energetika sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, şəhərin inkişafında xidməti və ictimai həyatda fəal iştirakı ilə fərqlənən əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Gənc nəslin energetika sahəsinə marağının artırılması məqsədilə tələbələr də mükafatlandırılıblar.

Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan energetikasının uğurlarının əsasında bu sahədə çalışan insanların bilik və təcrübəsi, peşəkarlığı və fədakar əməyi dayanır.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevə dronlarla hücum edilib, ölənlər var  

10:43
21 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:41
21 Oktyabr

Azərbaycan nefti 119 dollardan baha satılır

10:40
21 Oktyabr

Birjalarda neft bahalaşıb

10:39
21 Oktyabr

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

10:30
21 Oktyabr

Mingəçevirdə Energetiklər Günü qeyd olunub

10:25
21 Oktyabr

Naxçıvan Dövlət Universitetində 1000 yerlik yeni yataqxana tikiləcək

10:20
21 Oktyabr

Müqəddəs amal və yarımçıq sevgi

10:15
21 Oktyabr

ZƏFƏR gündəliyi  

10:10
21 Oktyabr

"Şair" igid döyüşçü idi

10:00
21 Oktyabr

"Bizdən həm əvvəl, həm sonra Vətən var"

09:50
21 Oktyabr

Daimi Nümayəndəlik: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir  

09:49
21 Oktyabr

İran XİN: ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq

09:48
21 Oktyabr

Vitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək  

09:48
21 Oktyabr

Kənd təsərrüfatında məhsuldarlıq və aqrar inkişafın yeni hədəfləri

09:40
21 Oktyabr

"Daşkəsən" dəmir filizi layihəsi mərhələlərlə işlənəcək

09:30
21 Oktyabr

Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib

09:20
21 Oktyabr

Fərid ŞƏFİYEV: “Orta dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır”

09:10
21 Oktyabr

Qovşaq coğrafiyamız qitələri qovuşdurur

09:00
21 Oktyabr

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!