21 Oktyabr 2026 10:30
203
İQTİSADİYYAT
A- A+
Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib


Oktyabrın 20-də Şəhər Günü qeyd olunan Zəngilan işğaldan azad edildikdən sonra həyata keçirilən enerji layihələri sayəsində Azərbaycanın "yaşıl enerji" mərkəzlərindən birinə çevrilir.

44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə inşa olunan ən böyük su-elektrik stansiyaları silsiləsi Zəngilanda, Araz çayının sol qolu olan Oxçuçay üzərində yerləşir. Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, "Azərenerji" ASC tərəfindən kaskad üsulla inşa edilən silsiləyə hər birinin gücü 10,5 meqavat olan Cahangirbəyli, Zəngilan, Şayıflı və Sarıqışlaq su-elektrik stansiyaları daxildir. Ümumi gücü 42 meqavat olan stansiyalar 2023-2024-cü illərdə istismara verilib.

İstismara verildikləri vaxtdan indiyədək stansiyalarda 215 milyon kilovat-saat ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal olunub. Bunun nəticəsində 47 milyon kubmetr təbii qaza qənaət edilib, 90 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

İstehsal olunan enerjinin təxminən 40 faizi azad edilmiş ərazilərin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilir, qalan 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülür. Beləliklə, Zəngilanın su-elektrik stansiyaları həm regionun enerji təminatına, həm də Azərbaycanın "yaşıl enerji" istehsalının artırılmasına mühüm töhfə verir.

İşğaldan azad edilmiş ərazilərdə "Azərenerji" tərəfindən inşa olunan ilk 110 kV-luq yarımstansiyalardan biri də "Zəngilan" yarımstansiyasıdır. 2021-ci il oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən yarımstansiya azad edilmiş ərazilərin enerji infrastrukturunun bərpasında mühüm rol oynayıb.


N.ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevə dronlarla hücum edilib, ölənlər var  

10:43
21 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:41
21 Oktyabr

Azərbaycan nefti 119 dollardan baha satılır

10:40
21 Oktyabr

Birjalarda neft bahalaşıb

10:39
21 Oktyabr

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

10:30
21 Oktyabr

Mingəçevirdə Energetiklər Günü qeyd olunub

10:25
21 Oktyabr

Naxçıvan Dövlət Universitetində 1000 yerlik yeni yataqxana tikiləcək

10:20
21 Oktyabr

Müqəddəs amal və yarımçıq sevgi

10:15
21 Oktyabr

ZƏFƏR gündəliyi  

10:10
21 Oktyabr

"Şair" igid döyüşçü idi

10:00
21 Oktyabr

"Bizdən həm əvvəl, həm sonra Vətən var"

09:50
21 Oktyabr

Daimi Nümayəndəlik: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir  

09:49
21 Oktyabr

İran XİN: ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq

09:48
21 Oktyabr

Vitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək  

09:48
21 Oktyabr

Kənd təsərrüfatında məhsuldarlıq və aqrar inkişafın yeni hədəfləri

09:40
21 Oktyabr

"Daşkəsən" dəmir filizi layihəsi mərhələlərlə işlənəcək

09:30
21 Oktyabr

Elmi seminarda Azərbaycan üçün yeni aqrar model təqdim edilib

09:20
21 Oktyabr

Fərid ŞƏFİYEV: “Orta dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır”

09:10
21 Oktyabr

Qovşaq coğrafiyamız qitələri qovuşdurur

09:00
21 Oktyabr

Həmrəylikdən əməkdaşlığa: Bakı islam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə evsahibliyi edəcək

08:50
21 Oktyabr

Makronun hakimiyyətinin güc tətbiqi avtoritar neoliberalizm modelinin göstəricisidir

08:40
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!