14 Oktyabr 2024 20:53
1463
PARLAMENT
A- A+
Milli Məclisin sədri: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur  

Milli Məclisin sədri: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur  

"Elm, texnologiya və innovasiya kimi sahələr Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur".

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışı zamanı deyib. O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri və hədəfləri ölkəmizin milli inkişaf planlarına və strategiyalarına daxil edilib. Ölkəmizdə müasir innovasiyalar və rəqabət qabiliyyətli insan kapitalı 2030-cu ilədək yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biridir.

Spiker deyib ki, qabaqcıl texnologiya sənayelərini və innovasiyanı dəstəkləyən, iqtisadiyyatın texnoloji imkanlarını artıran rəqəmsal cəmiyyət inkişafın hərəkətverici qüvvəsi hesab olunur. Bununla yanaşı, ETİ Azərbaycanın bərpaolunan enerji potensialını inkişaf etdirmək və Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonalarının yaradılması üzrə fəaliyyətinin mühüm amilidir.

Sahibə Qafarova bildirib ki, qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var. 2020-ci ildən bəri, Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.

Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun 2023-cü ilin mart ayında Azərbaycanda keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə iki qlobal çağırış elan edib. Bu çağırışlar birbaşa maliyyə dəstəyi, təhsil imkanlarının genişləndirilməsi, potensialın artırılması və digər texniki vasitələri nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək  

12:32
12 Noyabr

IRENA-nın baş direktoru: COP29 ən yüksək səviyyədə təşkil olunub  

12:32
12 Noyabr

Prezident: Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir  

12:29
12 Noyabr

Azərbaycanın energetika naziri COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqlayıb  

12:29
12 Noyabr

Nazir: Bərpaolunan enerjinin 11 min giqavat istehsal gücünə çatdırılması üçün əhəmiyyətli investisiyalara ehtiyac var  

12:27
12 Noyabr

Baş prokuror: COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı sessiya keçiriləcək  

12:26
12 Noyabr

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir YENİLƏNİB

12:09
12 Noyabr

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib  

12:07
12 Noyabr

Baş nazir Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə söhbət edib  

11:49
12 Noyabr

Baş nazir Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb  

11:39
12 Noyabr

Pərviz Şahbazov: bp ilə yaşıl enerji zonası - Şərqi Zəngəzurda 240 MVt gücündə Günəş elektrik stansiyasının təməli qoyulacaq  

11:36
12 Noyabr

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib  

11:34
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib  

11:17
12 Noyabr

Nazir Məcnun Məmmədov FAO-nun Baş direktoru Qu Dongyu ilə görüşüb

11:15
12 Noyabr

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb 

11:13
12 Noyabr

COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub  

11:12
12 Noyabr

Bu gün “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçiriləcək  

11:11
12 Noyabr

Azərbaycan nefti ucuzlaşıb

11:10
12 Noyabr

COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib  

11:09
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!