03 Oktyabr 2024 18:19
1439
PARLAMENT
A- A+
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ilk iclası keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ilk iclası keçirilib

Oktyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli iclasın gündəliyinə 10 məsələnin daxil edildiyini deyib. O, gündəliyin birinci məsələsi - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı layihəsi barədə məlumat verdi. Bildirdi ki, iş planında nəzərdə tutulan ən mühüm məsələ “Beynəlxalq müqavilələr haqqında” qanun layihəsidir. Bu qanun layihəsi dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edir.

Komitənin payız sessiyası üçün iş planı təsdiq olunduqdan sonra Əli Hüseynli gündəliyin ikinci məsələsi olan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat” barədə bildirdi ki, sənəddə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və müxtəlif apellyasiya məhkəmələrinə hakimlərin namizədliyi irəli sürülür.

Sonra onlayn iclasda iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov təqdimat barədə fikirlərini bölüşdü, hakimlərin seçilməsi prosesi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə görülmüş işlərdən danışdı.

Sonra Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov təqdim olunan namizədlər haqqında məlumat verdi.

Gündəliyin növbəti məsələsi olan “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri Əli Hüseynli bildirdi ki, təklif olunan dəyişikliklər hakimlərin seçilməsi prosesinin sürətləndirilməsi məqsədi daşıyır.

Qanun layihəsi barədə danışan Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev layihədə hakimlərin seçilməsi prosesində nəzərdə tutulan yeniliklər barədə məlumat verdi. Bildirdi ki, layihədə vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olacaq. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin edilən şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması da nəzərdə tutulur.

Gündəliyin 4-cü məsələsi - Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə komitə üzvü Kamal Cəfərov məlumat verdi. O bildirdi ki, bu qanunlara təklif olunan dəyişikliklərin məqsədi antikorrupsiya sahəsindəki milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Komitənin sədr müavini Elşən Musayev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verdi.

O qeyd etdi ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakterlidir və qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin qalan 5 məsələsinin də uyğunlaşdırma xarakterli olduğunu diqqətə çatdırdı. Bunlar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Arbitraj haqqında” Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və sonuncu məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir (birinci oxunuş).

Komitə üzvlərinin qeyd və təklifləri dinlənildikdən sonra gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!