05 Oktyabr 2026 19:33
973
SİYASƏT
A- A+
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  


Oktyabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə yeddi məsələnin daxil edildiyini söyləyib.

Komitə sədri əvvəlcə "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların keyfiyyətcə yeni mərhələsində Azərbaycan Prezidenti tərəfindən “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin Milli Məclisə təqdim edildiyini vurğulayıb. Sənədin əhalinin aztəminatlı təbəqələrinin və digər həssas qruplarının hüquqi yardıma əlçatanlığının artırılmasına yönəlmiş mühüm qanunvericilik təşəbbüsü olduğunu bildirib.

Sonra Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov məsələ barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi insan və vətəndaş hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsinin, habelə pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxslərin keyfiyyətli hüquqi yardımla təmin edilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Layihənin əsas mahiyyəti ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsini sistemli şəkildə təmin etməkdən ibarətdir.

Qeyd edilib ki, pulsuz hüquqi yardımın təşkili Vəkillər Kollegiyasına həvalə edilir.

İclasda Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov qanun layihəsinin qəbulunun vətəndaşların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsinin daha keyfiyyətli şəkildə təmin olunmasına xidmət edəcəyini deyib. Habelə, Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardım aksiyalarının həyata keçirildiyini və bununla bağlı bəzi statistik məlumatları nəzərə çatdırıb.

Məsələnin müzakirəsi zamanı komitənin üzvü Azay Quliyev bəzi qeyd və təkliflərini səsləndirib.

Sonra komitə sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib. Bildirilib ki, sənəddə “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı sözügedən məcəllə və qanunlarda da müvafiq dəyişikliklər təklif olunub.

İclasda, həmçinin Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Komitə sədri Əli Hüseynli layihənin özəl ekspertiza fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov məsələ barədə məlumat verib. Bildirilib ki, məhkəmə ekspertizası fəaliyyətinin elektronlaşdırılması və özəl məhkəmə ekspertlərinin fəaliyyəti ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi zərurəti, eyni zamanda, ekspertizaların həyata keçirilməsində yaranan çətinliklərlə bağlı boşluqların aradan qaldırılması məqsədilə adı çəkilən qanun layihəsi hazırlanıb.

Daha sonra "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsinə (ikinci oxunuş) baxılıb.

Sonra Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib.

Gündəliyin sonuncu məsələsi - Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumatda diqqətə çatdırılıb ki, layihədə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.

Müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İDMAN Premyer Liqa: "Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib

20:11
25 Oktyabr

Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

19:25
25 Oktyabr

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

17:31
25 Oktyabr

Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib

14:57
25 Oktyabr

Zelenski: Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib

14:43
25 Oktyabr

Dünya çempionatı: Azərbaycan millisindən növbəti qələbə

14:01
25 Oktyabr

“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb

13:57
25 Oktyabr

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

12:51
25 Oktyabr

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!