25 Avqust 2025 16:41
2943
PARLAMENT
A- A+
Milli Məclisdə Azərbaycan-Rumıniya parlamentlərarası əməkdaşlığı müzakirə olunub  

Milli Məclisdə Azərbaycan-Rumıniya parlamentlərarası əməkdaşlığı müzakirə olunub  


Avqustun 25-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev ölkəmizə səfəri çərçivəsində Nikulesku-Tsıqırlaşın Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə olmasını, “Heydər Əliyev” zirvəsinə yürüşünü yüksək dəyərləndirib. O, parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir etdiyini deyib, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Azay Quliyev, həmçinin beynəlxalq təşkilatlarda əlaqələrin önəmi və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.

Ölkələrimiz arasında münasibətlərə toxunan Kristian-Auqustin Nikulesku-Tsıqırlaş Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram əlaməti olaraq “Heydər Əliyev” zirvəsinə yürüş etdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın potensialı və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini ifadə edib.

Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamal Cəfərov, Aydın Mirzəzadə və Samir Vəliyev, Rumıniyanın Maramureş Vilayət Vəkillər Kollegiyasının rəhbəri Florin Andreykuts çıxış edərək ölkələrimiz arasında münasibətlərin yüksəksəviyyəli siyasi dialoq sayəsində uğurla inkişaf etdiyini bildiriblər. Deputatlar ikitərəfli formatda, parlamentlərarası və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!