05 Noyabr 2023 09:20
32246
SİYASƏT
A- A+

Milli hədəf

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət büdcəsinin prioritetlərindən biridir

 

Qarabağa və Şərqi Zəngəzura qayıdışı milli çağırış kimi xarakterizə edən Prezident İlham Əliyevin şəxsi nəzarəti altında tarixi ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Ötən üç il müddətində də dövlət büdcəmizin prioriteti məhz bu milli hədəfə nail olunması istiqamətindədir.  
Xatırladaq ki, 2020-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat, gələn ilin büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. 
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev də diqqətə çatdırdı ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı:  "Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur".

 

Böyük qayıdış proqramı uğurla icra olunur 

 

Qayıdışa sürətli hazırlıq görülən Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülür, "ağıllı kənd və şəhərlər" salınır. Artıq  bu ərazilərdə iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının isə tikintisi həyata keçirilir. 
Tarixi yurdlarımızda həyata keçirilən bütün bu işlərə şəxsən nəzarət edən dövlət başçısı İlham Əliyev mütəmadi həmin bölgələrə səfərlər edərək yeni təməllər qoyur, açılışlar edir. 
Bu il sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev söylədi ki, Böyük qayıdış proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar: "Yəni bu gün 8 şəhər və 92 kəndin baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir".

 

Zəfərin qayıdış töhfəsi 

 

30 il ərzində vəhşicəsinə dağıdılan, daşı daş üstündə qalmayan yurdlarımız bir-bir abadlaşdırılır, qurudulmuş bulaqları, çayları yenidən çağlayır, qırılmış meşələri pöhrələyir. 
Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışa start verilməsi, minlərlə keçmiş məcburi köçkünün Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, eləcə də Füzuli və Laçın şəhərlərinə qaytarılması isə, heç şübhəsiz, Şuşa Zəfərinin xalqımıza bəxş etdiyi misilsiz töhfədir.
İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 315 ailə (1205 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb.  Ümumilikdə,  bu günədək 3188 keçmiş məcburi köçkün dədə-baba yurdunda əbədi xoşbəxt həyata başlayıb. 
2026-cı ilin sonunadək isə Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
Tarixi yurdlarımızda aparılan mühüm bərpa-quruculuq işləri, ard-arda həyata keçirilən qayıdış prosesləri dövlətimiz tərəfindən Böyük qayıdış proqramının uğurla icra edilməsinin parlaq təzahürləridir. 
Bu sevincli və qürurverici işlər Prezident İlham Əliyevin də hər zaman fərəhlə səsləndirdiyi kimi, bu torpaqların əsl sahiblərinin qayıdışının təntənəsidir. 
 
Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video