09 Iyul 2024 20:17
687
Təhsil
A- A+

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

 

İyulun 9-da Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri birinci prorektor professor Ədalət Səmədov açaraq Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin adından qonaqları salamlayıb, məzunlara səmimi təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən rektorun köməkçisi Gülnarə Əhmədova 2024-cü ildə akademiyanın qazandığı uğurlardan, növbəti tədris ili üçün strategiyasından bəhs edib.

Təhsil aldıqları dövrdə fakültə üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəriciləri olan məzunlara rektor Arif Paşayevin imzası ilə “Təşəkkürnamə” və məzun sertifikatları təqdim edilib.

Tədbirdə qonaq qismində iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademik Nizami Cəfərov, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, Milli Aviasiya Akademiyasının uğurlu məzunları - Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev, Füzuli Beynəlxalq Aeroportunun direktoru Zaur Qasımov və digər çıxış edənlər məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Milli Aviasiya Akademiyasını 427 məzun bitirib.

Tədbirdə tələbələrin hazırladığı bədii kompozisiyalar təqdim olunub.

Sonda Əməkdar artist Ədalət Şükürov və Xalq artisti Aygün Kazımova rəngarəng musiqi nömrələri ilə məzunları təbrik ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video