27 May 2024 16:57
360
SİYASƏT
A- A+

Məzahir Pənahov: Vahid siyahıya 6 milyon 326 min 764 seçicinin adı daxil edilib  

 

Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə seçicilərin vahid siyahısına 619 məntəqə üzrə 6 milyon 326 min 764 seçicinin adı daxil edilib. Onların 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır. Ən çox seçici 30-39 yaş aralığındadır, onlar 23,77 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) MSK-nın mayın 27-də keçirilən iclasında açıqlayıb.

O bildirib ki, ən yaşlı qadın seçicinin - Əzizova Tamam Əli qızının 134 yaşı var və 1894-cü il təvəllüdlüdür. Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü, 108 yaşlı Hilal İbrahimovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video