24 Noyabr 2025 16:46
443
DÜNYA
A- A+
“Meta” elektrik ticarəti bazarına girəcək  

“Meta” elektrik ticarəti bazarına girəcək  


“Meta” məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün tələb olunan yeni elektrik stansiyalarının tikinti prosesini sürətləndirmək məqsədilə elektrik enerjisinin alqı-satqısı sektoruna daxil olacq. Şirkət bunun üçün ABŞ federal qurumlarından müvafiq icazələr alacaq.

“Meta”nın açıqlamasına görə, bu addım müəssisəyə yeni stansiyalardan uzunmüddətli enerji tədarükü öhdəliyi götürməyə, eyni zamanda potensial riskləri azaltmaq məqsədilə əldə edilən enerjinin bir hissəsini topdansatış enerji bazarında satmağa imkan yaradacaq.

Qeyd edək ki, texnologiya şirkətlərinin genişmiqyaslı süni intellekt layihələri səbəbindən enerjiə tələbat o qədər artıb ki, yalnız “Meta”nın Luiziana ştatında tikdirdiyi məlumat mərkəzi kompleksini enerji ilə təmin etmək üçün minimum üç əlavə qazla işləyən elektrik stansiyasının inşası tələb olunur.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!