17 Oktyabr 2025 09:00
13346
Oxucu məktubları
A- A+
Mənə göstərilən diqqət oğlumun da ruhunu şad edir

Mənə göstərilən diqqət oğlumun da ruhunu şad edir


Qazandığımız bütün qələbələr şəhidlərimizin qanı, canı bahasınadır. Odur ki, şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcu olmalıdır. 

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igidlərimizdən biri də mənim oğlum Nicat Nəsibovdur. 24 yaşında şəhidlik zirvəsinə yüksələn oğlum döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Bizim Qazaxda da şəhidlərimizin ailələrinə böyük hörmət və qayğı ilə yanaşırlar. Bu yaxınlarda qəflətən xəstələndim. Məni mərkəzi rayon xəstəxanasına yerləşdirdilər. Bunu eşidən rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının nümayəndələri xəstəxanaya gələrək, müalicəmlə maraqlandılar. "Qazax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Afiq Fərruxov mənim səhhətimlə bağlı ətraflı məlumat verdi.  Hazırda vəziyyətimin qənaətbəxş olduğunu, həkimlərin əllərindən gələni əsirgəmədiklərini, hər cür kömək göstərdiklərini bildirdi.

Hörmətli redaksiya! Mən bu diqqəti oğlumun ruhuna ehtiram kimi qəbul edirəm.  


Səməd NƏSİBOV,

Qazax rayon sakini, şəhid atası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

№163Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

15:05
10 Aprel

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsilhaqqı dövlət büdcəsindən ödəniləcək 

13:36
10 Aprel

TDT-yə üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə ilə bağlı niyyət protokolu imzalanıb

12:23
10 Aprel

Birgünlük tətil “Lufthansa”nın fəaliyyətini iflic edib

12:19
10 Aprel

Qazaxıstanda sənaye tullantılarını 40 dəfə azaldan texnologiya hazırlanıb

12:16
10 Aprel

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycana gəliblər

12:14
10 Aprel

Türkiyənin maliyyə naziri: Təchizat zəncirlərinin münaqişədən əvvəlki səviyyəyə qaytarılması aylar çəkəcək  

12:11
10 Aprel

Bayram Ali Ersoy: TDT çərçivəsində vahid akkreditasiya sisteminin qurulması mühüm addımdır

12:01
10 Aprel

Mədəniyyət sahəsində qrant müsabiqələri ilə bağlı yeni qaydalar təsdiqlənib  

11:54
10 Aprel

Operativ diplomatik təmaslar Azərbaycanın xarici siyasət reflekslərini nümayiş etdirir

11:53
10 Aprel

Parlamentdən yeni qərar: Attestasiya ləğv olunur, sertifikasiya tətbiq ediləcək

11:47
10 Aprel

Pentaqon: İrana qarşı əməliyyatın gedişində 380 amerikalı hərbçi yaralanıb  

11:45
10 Aprel

WUF13 ilə əlaqədar Aeroport yolunda nəqliyyatın hərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək  

11:43
10 Aprel

Azərbaycanın və Belarusun sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

11:42
10 Aprel

AİB: Neftin bahalaşması Asiyada iqtisadi artımı yavaşladacaq  

11:40
10 Aprel

Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb

11:36
10 Aprel

Sel təhlükəli ərazilərdə yaşayanlar təhlükədən qorunmağın yolları barədə maarifləndiriliblər  

11:33
10 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb 

11:28
10 Aprel

Emin Əmrullayev: Cəmiyyətimiz ədalətli imtahanlar nəticəsində təhsil alıb fəaliyyət göstərən insanlardan formalaşıb  

11:23
10 Aprel

Ötən gün 65 cinayətin açılması təmin edilib

11:21
10 Aprel

Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir

11:09
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!