10 Aprel 2026 11:47
157
CƏMİYYƏT
A- A+
Parlamentdən yeni qərar: Attestasiya ləğv olunur, sertifikasiya tətbiq ediləcək

Parlamentdən yeni qərar: Attestasiya ləğv olunur, sertifikasiya tətbiq ediləcək


Bir sıra təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu, parlamentin aprelin 10-da keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb. Belə ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.

Eyni zamanda, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır. Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır. Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi ilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.

Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parlamentdən yeni qərar: Attestasiya ləğv olunur, sertifikasiya tətbiq ediləcək

11:47
10 Aprel

Pentaqon: İrana qarşı əməliyyatın gedişində 380 amerikalı hərbçi yaralanıb  

11:45
10 Aprel

WUF13 ilə əlaqədar Aeroport yolunda nəqliyyatın hərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək  

11:43
10 Aprel

Azərbaycanın və Belarusun sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

11:42
10 Aprel

AİB: Neftin bahalaşması Asiyada iqtisadi artımı yavaşladacaq  

11:40
10 Aprel

Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb

11:36
10 Aprel

Sel təhlükəli ərazilərdə yaşayanlar təhlükədən qorunmağın yolları barədə maarifləndiriliblər  

11:33
10 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb 

11:28
10 Aprel

Emin Əmrullayev: Cəmiyyətimiz ədalətli imtahanlar nəticəsində təhsil alıb fəaliyyət göstərən insanlardan formalaşıb  

11:23
10 Aprel

Ötən gün 65 cinayətin açılması təmin edilib

11:21
10 Aprel

Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir

11:09
10 Aprel

BMT-nin yeni hesabatında qlobal tərəqqinin risk altında olduğu vurğulanır  

11:01
10 Aprel

“Barselona” hakimliklə bağlı UEFA-ya şikayət edib

10:58
10 Aprel

Vətəndaş-tikinti şirkəti münasibətləri ilə bağlı Ali Məhkəmədən mühüm qərar

10:43
10 Aprel

Media: Türkiyədə 2040-cı ildən tütün məhsullarının satışı qadağan edilə bilər

10:39
10 Aprel

“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfrans işə başlayıb

10:27
10 Aprel

İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

09:59
10 Aprel

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

09:51
10 Aprel

“Hizbullah” PUA-larla İsrailin şimalındakı hərbi obyektə hücum edib

09:43
10 Aprel

Uzunömürlülüyün sirri 

09:40
10 Aprel

CNN: ABŞ Hörmüz boğazı ilə bağlı NATO-nun konkret öhdəliklərində israr edir  

09:39
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!