20 Aprel 2025 01:05
2011
Fərmanlar
A- A+
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 

29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (II kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1.   8.9-cu bənddə "fəaliyyətinin təşkilati" sözləri "maliyyə və digər maddi-texniki" sözləri ilə əvəz edilsin;

1.2.   9.20-ci, 9.21-ci və 10.10-10.14-cü bəndlər ləğv edilsin;

1.3.   16.4-cü bənddən ", habelə müvafiq məhkəmə aparatlarının" sözləri çıxarılsın və həmin bəndə "təsdiq edir" sözlərindən sonra ", habelə müvafiq məhkəmə aparatlarının xərclər smetasını müəyyən edir" sözləri əlavə edilsin.

2. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.4.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.5-ci bənd əlavə edilsin:

"5.5. ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:

5.5.1. "Elektron məhkəmə" informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması üçün tədbirlər görsün;

5.5.2. fiziki və hüquqi şəxslərin "Elektron məhkəmə" informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün.";

2.2. 7.5-ci bənd ləğv edilsin. 

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Cild I) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na aşağıdakı məzmunda 2.1.8-2-ci yarımbənd əlavə edilsin:

"2.1.8-2. Məhkəmə-Hüquq Şurası;".

4. "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü hissəyə "Ali Məhkəməsinə" sözlərindən sonra "və Məhkəmə-Hüquq Şurasına" sözləri əlavə edilsin və həmin hissədən "və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın" sözləri çıxarılsın;

4.2. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

"6. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "Elektron məhkəmə" informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.";

4.3. həmin Fərmanla təsdiq edilmiş "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə" üzrə:

4.3.1. 1.4-cü bənddə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin" sözləri "Məhkəmə-Hüquq Şurasının" sözləri ilə əvəz edilsin;

4.3.2. 2.1.3-cü yarımbənddə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi" sözləri "Məhkəmə-Hüquq Şurası" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1468 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.3-cü bənd ləğv edilsin;

5.2. aşağıdakı məzmunda on birinci hissə əlavə edilsin:


Məhkəmə-Hüquq Şurası üzrə

11.1.

“Elektron məhkəmə” informasiya sistemi


6. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 156 (Cild I) 3-cü hissəsi ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır  

16:29
10 Mart

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Ukrayna Milli Qvardiyasının tərkibində hücum alayları yaradılır

15:53
10 Mart

Ötən həftə 23 mina və 743 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:49
10 Mart

Yaxın Şərq ölkələrində neft hasilatı kəskin azalıb

15:40
10 Mart

Əlcəzairin İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri təxliyə olunublar

15:39
10 Mart

SOCAR Abşeronun “Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlayır

15:28
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!