23 Sentyabr 2026 12:43
337
İQTİSADİYYAT
A- A+
Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb


Dövlət müəssisələrində şəffaflığın və maliyyə intizamının artırılması, fiskal risklərin daha səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2026-cı ilin ikinci rübü üzrə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən 22 dövlət müəssisəsinin monitorinqi başa çatdırılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmiş Monitorinq Qaydalarına uyğun olaraq həyata keçirilən monitorinqin nəticələri üzrə hesabat hazırlanaraq təqdim edilib.

Monitorinq zamanı dövlət müəssisələrinin maliyyə nəticələri və fəaliyyət göstəriciləri təhlil olunub, onların fəaliyyəti nəticəsində yarana biləcək fiskal risklər müəyyən edilib və müəssisələr müvafiq fiskal risk reytinqlərinə uyğun olaraq təsnifləşdirilib.

Yeni monitorinq mexanizminin tətbiqi dövlət müəssisələrinin maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri barədə sistemli məlumat bazasının formalaşdırılmasına, fiskal risklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və idarəetmə qərarlarının daha dolğun maliyyə məlumatları əsasında qəbul edilməsinə imkan yaradır.

Monitorinqin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir. Belə ki, 2026-cı ilin birinci rübündə 10 dövlət müəssisəsi monitorinqə cəlb edildiyi halda, II rübdə bu göstərici 22 dövlət müəssisəsinə çatdırılıb. Növbəti rüblərdə monitorinqə cəlb olunan dövlət müəssisələrinin sayının daha da artırılması nəzərdə tutulur.

Monitorinq mexanizminin mərhələli şəkildə genişləndirilməsi dövlət müəssisələrinin maliyyə fəaliyyətinin daha sistemli qiymətləndirilməsinə, fiskal risklərin vaxtında müəyyənləşdirilməsinə və dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

22:51
14 Oktyabr

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

22:14
14 Oktyabr

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!