06 Noyabr 2026 14:52
239
CƏMİYYƏT
A- A+
Nazir müavini Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb

Nazir müavini Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb


Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibətilə nazirliyin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Anar Xələfov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı və həmin sektorun əməkdaşı Cavidan Gözəlov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı Elsevər Salayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Layihələrin idarəolunması və dəstək şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı və qazisi Ayaz Əfəndiyev iştirak ediblər.

Görüşdə nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, ölkənin iqtisadi potensialının gücləndirilməsi, ordunun müasir texnologiyalarla təchiz edilməsi, xalqımızın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində mümkün olduğunu bildirib. O, Azərbaycanın daha da güclənməsi və müasir çağırışlara hazır olması üçün süni intellekt və innovasiyaların imkanlarından səmərəli istifadənin, gənclərin gələcəyin tələblərinə uyğun hazırlanmasının vacibliyini diqqətə çatdırıb. Təhsilin sağlam, bilikli və vətənpərvər nəslin yetişdirilməsində, eləcə də ölkənin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib.

Görüşdə müharibə iştirakçılarının döyüş yolu, xatirələri və müharibədən sonrakı fəaliyyətləri barədə fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Vətən müharibəsi iştirakçılarına Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri xidmətlərə və qəhrəmanlığa görə minnətdarlıq ifadə olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Google”, “Meta” və “TikTok” Kaliforniyanı məhkəməyə verib

15:45
06 Noyabr

“El-Ninyo”nun marta qədər davam edəcəyi gözlənilir  

15:41
06 Noyabr

Cəlilabadda “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş təşkil olunub  

15:41
06 Noyabr

Salyanda Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib  

15:39
06 Noyabr

Neftçala Peşə Məktəbində Zəfər Günü münasibəti ilə tədbir keçirilib  

15:38
06 Noyabr

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb  

15:07
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

15:05
06 Noyabr

Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:03
06 Noyabr

Sahil Babayev: Növbəti illərdə məktəblərin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək  

15:02
06 Noyabr

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb

15:00
06 Noyabr

Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur  

15:00
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

14:59
06 Noyabr

Doqquz ayda Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

14:57
06 Noyabr

Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək  

14:57
06 Noyabr

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır – Bəyanat

14:53
06 Noyabr

Nazir müavini Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb

14:52
06 Noyabr

Ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz yüksəlib

14:51
06 Noyabr

Baş Prokurorluqda Zəfər Günü qeyd edilib

14:50
06 Noyabr

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də  

14:49
06 Noyabr

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan  

14:44
06 Noyabr

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq  

14:24
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!