04 Oktyabr 2023 15:44
484
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır

 

Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli LCI televiziya kanalına müsahibəsində deyib.

Səfir bildirib ki, Qarabağ Azərbaycanın suveren ərazisinin ayrılmaz hissəsidir. Qarabağın Azərbaycanın ərazisi olduğunu bütün ölkələr, eləcə də Ermənistan və Fransa da tanıyır.

Səfir Qarabağdakı vəziyyətin düzgün başa düşülməsinin vacibliyini vurğulayaraq, mülki əhali ilə onları girov götürmüş separatçı qrup arasında fərqdən danışıb. Qeyd edib ki, Azərbaycanın bir neçə gün əvvəl həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri məhz qeyri-leqal hərbiçiləri və silahlı separatçıları hədəfə alıb.

“Çox vaxt Prezidentimin - Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinin yanlış şərh olunduğunu görürük. Azərbaycan Prezidenti tarixdən danışaraq, bugünkü Ermənistanda tarixən azərbaycanlıların yaşadıqlarını bildirir. Bu gün sülhə, münasibətlərin normallaşdırılmasına məhz Azərbaycan can atır. Azərbaycan sülh müqaviləsini təklif edib. İki ölkə arasında ərazi bütövlüyünə qarşılıqlı hörmət var, Azərbaycan üçün ərazi bütövlüyü qırmızı xətdir”, - deyən L.Abdullayeva ölkəmizin Ermənistana qarşı heç bir ərazi iddiası olmadığını vurğulayıb. Diqqətə çatdırıb ki, Qarabağın erməni əsilli sakinlərinə qalmaq təklif edilib. Ancaq onları başa düşmək olar, illərlə erməni sakinlər arasında azərbaycanlılara qarşı nifrət təbliğ edilib. Onların belə mənfi fikirlərdən qurtulması üçün vaxt lazımdır. Azərbaycan dövləti Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunacağını bildirib.

Fransa mətbuatında səsləndirilən bütün əsassız iddiaları rədd edən səfir vurğulayıb ki, 30 il ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altına olub. Bununla bağlı dünya dövlətlərinin, eləcə də BMT Təhlükəsizlik Şurasının Fransanın da imzaladığı 4 qətnaməsi var. Bu qətnamələr Azərbaycan torpaqlarının işğal altında olduğunu təsdiqləyir və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edir. Bu işğal nəticəsində bir milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ancaq Ermənistan uzun müddət bu qətnamələrə məhəl qoymadığı üçün Azərbaycan 2020–ci ildə torpaqlarını özü azad etməli oldu.

L.Abdullayev, həmçinin yerli mətbuatda səsləndirilən “etnik təmizləmə”, “soyqırımı” kimi terminlərin hüquqi izahını xatırladaraq, regionda yeganə etnik təmizləmənin illər öncə ermənilər tərəfindən azərbaycanlılara qarşı aparıldığını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video