13 May 2025 08:45
1054
Təhsil
A- A+
Lənkəranda 2 körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Lənkəranda 2 körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib


Lənkəran şəhər 3 və 7 saylı körpələr evi-uşaq bağçaları  əsaslı təmirdən sonra istifadəyə verilib. Bununla bağlı tədbir keçirilib. 

Çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, bağçaların Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ərəfəsində istifadəyə verilməsi rəmzi məna daşıyır. Ulu Öndərin "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" fikirlərini xatırladan  ŞİH-in başçısı qeyd edib ki, müstəqil Azərbaycanda uşaqlara diqqət və qayğının dövlət siyasətinin prioritet istiqaməti kimi formalaşması Ümummilli Liderin adı ilə bağlıdır. "Dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğıkeşliklə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Ölkəmizdə uşaqların maraq və mənafelərinin qorunmasına, onlara diqqət və qayğının göstərilməsinə hər zaman həssas yanaşılıb və Ulu Öndərin başlatdığı bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir", - deyə T.Qaraşov bildirib. 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri B. Mehdiyev ölkəmizdə təhsil sahəsində görülən işlər barədə məlumat verib, dövlətin bu sahəyə ayırdığı xüsusi diqqətdən danışıb, körpələr evi-uşaq bağçalarında aparılan əsaslı təmir işlərinin də məhz bunun təzahürü olduğunu vurğulayıb. 

Lənkəran şəhər 3 saylı uşaq körpələr evi-uşaq bağçası 90, 7 saylı körpələr evi-uşaq bağçası 225 yerlikdir. Bağçalarda təhlükəsizlik məqsədilə müşahidə kameraları  quraşdırılıb.  Azyaşlı sakinlərin zövqünə uyğun dizayn edilən bağçalar körpələrin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana əsaslı təmir edilib, balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib

09:53
19 İyun

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır  

09:53
19 İyun

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb  

09:52
19 İyun

Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib  

09:33
19 İyun

ABŞ-nin İranla bağlı qərarı nə olacaq

09:25
19 İyun

Xahişimizə əməl edildi

09:20
19 İyun

Selin törətdiyi fəsadlar qısa vaxtda aradan qaldırıldı

09:15
19 İyun

Sakinlərin müraciəti nəzərə alınacaq

09:12
19 İyun

Qurumaqda olan ağaclara etinasızlıq

09:10
19 İyun

Hər bir işin uğuru diqqətdən başlayır

09:05
19 İyun

Kənd stadionlarından böyük arenalara

09:00
19 İyun

Yol problemimiz həll olundu

08:55
19 İyun

Qazandığı uğurlar onu arxayınlaşdırmazdı

08:50
19 İyun

Azərbaycan turizm imkanları geniş olan ölkələrdəndir

08:45
19 İyun

Rəqəmsal kitabxana BP-nin 10 min tələbəyə hədiyyəsidir

08:40
19 İyun

Türk dünyasında iqtisadi əməkdaşlıq platformaları: rəqəmsal ticarət, startaplar və investisiya

08:35
19 İyun

Siyasətçilər ayrılır, ekoloqlar birləşir

08:32
19 İyun

Konstitusion vəzifələr və vətəndaşlıq borcu

08:30
19 İyun

Kəngərliyə qayıdış davam edir

08:25
19 İyun

Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tamhüquqlu üzv oldu 

08:20
19 İyun

Dəyərlərə sadiqlik, gələcəyə inamlı baxış

08:15
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!