29 Iyul 2024 16:09
185
DÜNYA
A- A+

Lazer texnologiyası ilə kosmosa 4K video göndərilib

 

NASA uzun müddətdir kosmik missiyalar üçün faydalı olacaq lazer rabitə texnologiyası üzərində işləyirdi. Bir neçə gün öncə eksperimentlər çərçivəsində bir təyyarədən Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4K video yayım gerçəkləşdirilib. NASA tərəfindən verilən açıqlamada bunun Artemis missiyaları zamanı Ayda astronavtların canlı video görüntülərini təmin edə biləcək yeni texnologiya üzrə olan sınaqların bir hissəsi olduğu bildirilib.

NASA-da işləyən komandalar kosmosdan məlumat göndərmək və qəbul etmək üçün radio dalğalarından istifadə edirlər. Lazer rabitə texnologiyası infraqırmızı işıq sayəsində məlumatların radiotezlik sistemlərindən 10 və ya 100 dəfə daha sürətli ötürülməsinə imkan verir.

Bu missiya üçün “Pilatus PC-12” təyyarəsinin gövdəsinə portativ lazer terminalı quraşdırıb və daha sonra isə Erie gölünün üzərindən uçaraq təyyarədən Klivlənddəki optik yer stansiyasına məlumat göndərilib. Bu məlumatlar Yerdəki şəbəkə vasitəsilə NASA-nın Nyu-Meksika ştatının Las-Krukes şəhərindəki “White Sands” test təsisinə göndərilib və burada elm adamları, infraqırmızı işıq siqnallarından istifadə edərək məlumatları yönləndirib.

Siqnallar planetimizdən NASA-nın orbitdəki eksperimental platforması olan “Laser Communications Relay Demonstration”a (LCRD) qədər təxminən 35.000 kilometr məsafə qət edib. LCRD daha sonra siqnalları orbitdəki laboratoriyada quraşdırılmış “Integrated LCRD LEO User Modem and Amplifier Terminal” yükünə ötürüb. Bu yük də məlumatları Yerə geri göndərib. Təcrübələr zamanı “Yüksək Sürətli Gecikməyə Dözümlü Şəbəkə” sistemi siqnalın bulud örtüyünə daha effektiv şəkildə nüfuz etməsinə kömək edib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video