26 Avqust 2024 14:27
163
CƏMİYYƏT
A- A+

Laçının balaca sakinləri bayram ab-havasına rəngarənglik qatıb

 

Doğma Laçınımızın hər guşəsində bayram ab-havası hiss olunur. Şəhərin fərqli məkanlarda keçirilən tədbirlərin bir çoxunda baş rolda laçının balaca sakinləri olan uşaqlar yer alıb. Onların ifasında səslənən vətənpərvərlik ruhlu mahnıların sədası ətrafa yayılıb. Belə ki, bayram şöləni çərçivəsində "Seyrangah"da da rəngarəng proqramlar nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, məkanda Müstəqil “Oyuq” uşaq teatrı tərəfindən milli nağıl qəhrəmanlarımızdan səhnəciklər göstərilib, Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı təqdim edilib.

Bundan başqa Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızı papaq” tamaşası nümayiş olunub. Yevgeni Şvartsın eyniadlı əsərinin motivləri əsasında hazırlanan tamaşaya rejissor, Əməkdar artist Loğman Kərimov quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Azad Məmmədov, quruluşçu rəssamı Valeh Məmmədovdur. Rolları Sürahi Əliməmmədova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Nihat Heybətov, Orxan Abışov, Cavid Cavadzadə canlandırıblar.

Laçın sakinləri möhtəşəm tədbirləri xoş ovqatla izləyiblər.

Sonra "Qoçdaş” interaktiv sərgi təşkil edilib. Həmçinin xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilib, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video