24 İyun 2025 08:10
1440
SİYASƏT
A- A+
Laçından Ağdama qədər…

Laçından Ağdama qədər…


Şərqi Zəngəzur və Qarabağda tanış olduqları quruculuq mənzərəsi diplomatik korpusun nümayəndələrində böyük təəssürat yaradıb


Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması  tariximizin ən möhtəşəm hadisəsidir. Həm Vətən müharibəsində, həm də antiterror əməliyyatlarında qazanılan qələbələr Azərbaycanı bir daha dünyaya tanıtdı, xalqımızı məğrur etdi. Bu gün beynəlxalq miqyasda Azərbaycanın adı çəkiləndə, dünyada həm də hərb meydanında qalib gələn, öz gücü ilə torpaqlarını işğaldan azad edən dövlət kimi dəyərləndirilir.


Azərbaycanın dəyişdiyi və yaratdığı reallıqlar


Azərbaycanın Zəfəri həm də regionda və həm də həllini tapmış Qarabağ problemi ilə bağlı terminalogiyada yeni reallıqlar yaradıb. Qeyd edək ki, artıq "Dağlıq Qarabağ problemi" deyilən bir ifadə yoxdur. O cümlədən "Minsk qrupu", "mərhələli həll", "status-kvonun dəyişməsi" kimi bir vaxtlar gündəmdə olan ifadələr də tarixdə qalıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ probleminə son qoydu. Azərbaycan özü status-kvonu dəyişdi, problemi həll etdi. Bununla həm də ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadı. 

Vətən savaşından və antiterror əməliyyatlarından sonra regionda yaranmış ən böyük reallıq əlbəttə ki, torpaqlarımızın azad edilməsidir. 30 ilə yaxın işğal altında qalan ərazilərimiz cəmi 44 günə azad edildi. 200 illik erməni separatizminə cəmi 1 günə son qoyuldu. Bu, həmin separatizmdir ki, vaxtilə onun təmsilçiləri Azərbaycana hədə-qorxu gəlirdilər, Minsk qrupu isə erməni separatizminə qanuni don geyindirməyə çalışırdı.  Lakin indi törətdikləri əməllərə görə Bakıda məhkəmə qarşısında cavab verirlər. 

Bu reallığın davamı kimi indi Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nı təsdiq edib. Proqramda qarşıya qoyulan məqsədlərə uyğun olaraq bu gün işğaldan azad edilmiş ərazilərdə yüksək standartlara cavab verən yaşayış məntəqələri, o cümlədən "ağıllı" şəhər və "ağıllı" kənd konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, "yaşıl enerji" zonası yaradılır, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə, sosial xidmət, yol-nəqliyyat infrastrukturu qurulur. Dost dövlətlərin layihələri istisna olmaqla, Qarabağ və Şərqi Zəngəzurun bərpası tamamilə Azərbaycan dövlətinin öz gücü ilə yenidən qurulur. Bu məqsədlə hər il dövlət büdcəsindən yetərincə maliyyə vəsaiti ayrılır.

İndiyə qədər Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Xocalı şəhərlərinə, Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux, Sus və Bəylik, Xocalının Ballıca, Ağdərənin Suqovuşan, Ağdamın Sarıcalı kəndlərinə qayıdış təmin olunub və bu proses davam etməkdədir. Öz doğma şəhər və kəndlərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 15 min nəfərə yaxındır.


Bərpa və quruculuq işləri dünyaya təqdim olunur


Azərbaycanın Vətən müharibəsi ilə yaratdığı reallıqlar dünyada qəbul olunur. Çünki dövlətimiz öz haqqını və BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsini təmin edib. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri də bu reallıqların dünyaya daha yaxından təqdim olunmasıdır. İndiyə qədər Qarabağ və Şərqi Zəngəzurda keçirilən beynəlxalq tədbirlər bu məqsədə uğurla xidmət edib.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iyun ayının 20-21-də Şərqi Zəngəzur və Qarabağa səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Laçın, Şuşa və Ağdama səfər edən diplomatik korpusun nümayəndələri aparılan bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olublar. Laçın, Şuşa və Ağdamda tanış olduqları quruculuq mənzərəsi diplomatlarda yaxşı təəssürat yaradıb. "İlk dəfədir ki, Laçına gəlirəm. Bu yerlərin belə gözəl olduğunu heç təsəvvür etməzdim. Yüksək səviyyədə tikinti işlərinin getdiyinin şahidi oldum", - deyə Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq mətbuata açıqlamasında bildirib. Polşanın ölkəmizdəki səfiri Pavel Radomski isə səfərin çox təsiredici olduğunu bildirərək deyib: "Mən başa düşürəm ki, insanları öz doğma torpaqlarına qaytarmaq, bu əraziləri onlar üçün hazırlamaq nə qədər çətindir. Bunun öhdəsindən gəlmək üçün buraya qayıdan insanlara təkcə maddi yox, hərtərəfli kömək etmək əzmi tələb olunur. Bu böyük planda irəliləyişin necə getdiyini görmək həqiqətən maraqlıdır. Bu əraziləri yenidən qurmaq, insanları qaytarmaq olduqca məsuliyyətli işdir. Bu işdə uğurlar arzulayıram". 

Qeyd edək ki, Şərqi Zəngəzur və Qarabağa səfər edən diplomatik korpusun nümayəndələri arasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon da olub. Mətbuata açıqlamasında səfir Şuşanın Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhər olduğunu deyib. "Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün xüsusi yer tutur, çünki bu şəhər mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib", - deyə səfir bildirib.

Əlbəttə, bu cür səfərlərin təşkil olunması həm də erməni vandallığının dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Özlərini dünyaya sivil xalq kimi təqdim edən bu toplum 30 ilə yaxın işğal  altında saxladıqları ərazilərimizdə daşı daş üstə qoymayıb, əksinə, vandallıq edib. Prezident İlham Əliyevin dediyi kimi, elə bil bu ərazilərdən vəhşi qəbilə keçib: "Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib".

Qeyd edək ki, diplomatik korpusun nümayəndələrinin iyunun 20-də işğaldan azad edilmiş ərazilərimizə Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar  

13:28
09 İyul

İyulun 11-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək  

13:27
09 İyul

İtaliyanın indiyədək Ukraynaya göstərdiyi yardımın həcmi açıqlanıb  

13:25
09 İyul

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  

12:37
09 İyul

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək  

12:26
09 İyul

Media: Tramp Qəzzada döyüşlərin dayandırılacağını vəd edib  

12:16
09 İyul

Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək  

12:04
09 İyul

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb  

12:02
09 İyul

Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir YENİLƏNİB

12:02
09 İyul

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

11:57
09 İyul

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

11:51
09 İyul

Birinci yarımildə 26 min 600 şəxsə əlillik təyin edilib

11:41
09 İyul

İKZF: Bu günədək 5,1 milyard manat ipoteka krediti verilib

11:36
09 İyul

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir

11:29
09 İyul

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib  

11:23
09 İyul

XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr edilmiş beynəlxalq dəyirmi masa təşkil olunub  

11:01
09 İyul

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür  

10:58
09 İyul

Dünya bazarında qızıl 20 dollar ucuzlaşıb

10:41
09 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:41
09 İyul

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

10:40
09 İyul

Ötən gün axtarışda olan 90 nəfər saxlanılıb  

09:59
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!