13 Sentyabr 2024 08:25
385
İQTİSADİYYAT
A- A+
Kiçik və orta biznesin böyük məsuliyyəti

Kiçik və orta biznesin böyük məsuliyyəti

 

Bu gün iqtisadiyyatın "yaşıl"laşması daha çox KOB-dan asılıdır

 

"Yaşıl iqtisadiyyat" təbii mühitin bir hissəsidir və  həm də ondan asılı olan bir təsərrüfatdır. İnsan rifahını və sosial ədaləti təmin edən "yaşıl iqtisadiyyat" həm də ətraf mühit risklərini kəskin azaldır. Onun əsas komponentlərindən olan "yaşıl biznes müəssisələri" də qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərər vurmur, əksinə, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edir. 
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar, iqlim dəyişmələri və artan tələbat bu gün "yaşıl iqtisadiyyat"ın inkişafının vacibliyini gündəmə gətirib. Çünki "yaşıl iqtisadiyyat"ın genişləndirilməsi, onun müasir tələblər səviyyəsində inkişafı istiqamətlərində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. "Yaşıl artım"a nail olmaq üçün Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu, o deməkdir ki, Azərbaycanın "yaşıl artım" ölkəsinə çevrilməsi yalnız arzu deyil, tezliklə həyata keçəcək reallıqdır. 
Bu günlər İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda keçirilmiş konfransda da səsləndiyi kimi, kiçik və orta biznes (KOB) karbon emissiyalarının 50 faizini əhatə edir. Təbii ki, bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də KOB özü bu emissiyanın azaldılması istiqamətində gördüyü işlərlə "yaşıl dünya" qurmağa kömək etmiş olur. Bu gün kiçik və orta biznes məşğulluğun 70 faizini təşkil edir. Deməli, karbon emissiyasının artmasına yönəlik fəaliyyət genişləndirilməsə, həmin məşğul əhali iş yerini itirmə təhlükəsi ilə üz-üzə gələr ki, bu da ümumi daxili məhsula (ÜDM) təsirsiz ötüşməyəcək. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri,  İqtisadiyyat Nazirliyinin  şöbə müdiri Hüseyn Hüseynov  konfransda çıxış edərkən məhz bu məsələyə diqqət çəkərək deyib: "Dünya Bankı  hesab edir ki, iqlim dəyişmələri 2050-ci ilə qədər ÜDM-ni 1,5-3 faiz arasında azalda bilər. ÜDM-nin azalması dünyada iqtisadi aktivliyin azalmasına səbəb olur. Bu da özünü məşğulluqda, yoxsulluq riskinin artması faktorunda göstərəcək".
"Mərkəzi Bank tərəfindən "yaşıl maliyyə"nin inkişafı üçün "yaşıl taksonomiya" üzərində iş aparılır" deyən  ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, həmin taksonomiya vasitəsi ilə iqtisadi fəaliyyətlər "yaşıl standart"lar əsasında təsnifləndiriləcək, müəssisələr dayanıqlı və ekoloji cəhətdən təmiz investisiyalara daha çox dəstək olacaqlar: "Bu çərçivədə həm dövlət, həm də özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruridir. Kiçik və orta biznes subyektləri dayanıqlı infrastruktur yaratmağa və "yaşıl texologiya"lardan istifadəyə təşviq edilməlidir. Bu, həm iqtisadi artıma, həm də ekoloji səmərəliliyə töhfə verəcək. KOB-ların bu keçiddə qarşılaşdıqları maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışını genişləndirmək vacibdir. BMT-nin qiymətləndirməsinə görə, dünya üzrə aşağı karbonlu iqtisadiyyata keçid üçün hər il trilyonlarla dollar tələb olunur. Beynəlxalq praktikada olduğu kimi, kommersiya bankları öz fəaliyyətləri və kreditlərin verilməsi zamanı iqtisadi amillərlə yanaşı, ekoloji və iqlim amillərini nəzərə almalıdırlar".
Məlumdur ki, COP29-un ən əsas mövzusu iqlimin maliyyələşdirilməsidir. Bu məsələdə özəl sektorun rolu danılmazdır və illər keçdikcə də həmin rol böyüyür. KOB sektorunda "yaşıl siyasət və strategiya"ların geniş tətbiqi üçün kifayət qədər potensialın olduğunu hər kəs bilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdə çıxış edərkən deyib: "KOB-ların "yaşıl transformasiya" sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır. Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların "yaşıl iqlim" keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub".
Beləliklə, aydın olur ki, "yaşıl iqtisadiyyat"a keçid bir çox çağırışlarla müşayiət olunur. COP29 komandası da özəl sektorun qlobal iqlim fəaliyyətinə cəlb edilməsinə xüsusi önəm verdiyi üçün bu keçid böyük biznes imkanlarının yaranmasına  səbəb olacaq. Ona görə də COP29-a hazırlıqlar çərçivəsində həm böyük şirkətlərlə, həm də kiçik və orta biznes nümayəndələri ilə "yaşıl iqtisadiyyat"ın yaratdığı imkan və çağırışlara uyğunlaşma məsələsi daim müzakirə mövzusudur.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Səbail” komandasının baş məşqçisi istefa verib  

19:24
03 Noyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun xatirələri anılıb

16:59
03 Noyabr

Moldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar

16:48
03 Noyabr

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

15:56
03 Noyabr

Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır

15:53
03 Noyabr

Pavel Herçinski: Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti COP29-da iştirak edəcək

15:46
03 Noyabr

İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Ümummilli Liderin abidəsini ziyarət edib  

15:23
03 Noyabr

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

14:29
03 Noyabr

Qazaxıstanlı deputat: Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək

13:56
03 Noyabr

Metro stansiyalarının iş rejimində tənzimləmələr tətbiq ediləcək

13:41
03 Noyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:59
03 Noyabr

Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

12:39
03 Noyabr

Bu gün axşamdan başlayaraq hava şəraiti qeyri-sabit, arabir yağıntılı olacaq, şimşək çaxacaq

12:35
03 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır  

12:31
03 Noyabr

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib 

12:22
03 Noyabr

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

11:52
03 Noyabr

Bakıda IV “Qələbə qaçışı”na start verilib

10:20
03 Noyabr

146 il əvvəl...

09:05
03 Noyabr

Varisliyin maarifçilik nümunəsi

09:00
03 Noyabr

Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik

08:55
03 Noyabr

Sumqayıtda sənaye sərgisi keçirilib

08:50
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!