23 May 2024 15:51
185
CƏMİYYƏT
A- A+

Kənd təsərrüfatı naziri Kürdəmirdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb  

 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kürdəmirdə arıçılıq təsərrüfatına, taxıl sahələrinə, intensiv bağlara baxış keçirib, fermerlərlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Məcnun Məmmədov əvvəlcə rayonun Karrar kəndində fermer Samir Heydərovun arıçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, təsərrüfatda məhsuldarlıq göstəriciləri, məhsulun qablaşdırılması, satışın təşkili məsələləri ilə maraqlanıb.

Uzun müddətdir arıçılıqla məşğul olan fermer bildirib ki, hazırda təsərrüfatda 310 arı ailəsi var, orta məhsuldarlıq 15-30 kiloqram təşkil edir. Təsərrüfatda arılara qulluq sırf orqanik istehsalın tələblərinə uyğun aparılır. Arıçılıq məhsullarının istehsalı və satışında çətinliklə üzləşmədiyini deyən fermer gələcəkdə məhsulların qablaşdırılmasına xüsusi diqqət yetirəcəyini vurğulayıb.

Daha sonra rayonun Muradxan kəndində toxumçuluqla məşğul olan fermer Elşən Hacıyevin 125 hektar sahədə əkilmiş taxıl sahəsinə baxış keçirilib, əkin sahəsində həyata keçirilən aqrotexniki tədbirlər, toxum sortunun düzgün seçilməsi ətrafında fermerlə fikir mübadiləsi aparılıb. Bildirilib ki, məhsuldarlığın artırılması üçün dənli taxıl bitkilərinin, xüsusilə payızlıq buğda və payızlıq arpanın yüksək sortluq və səpin keyfiyyətlərinə malik toxumlarının yetişdirilməsi və istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində nümayəndə heyəti rayonun Sorsor kəndində damazlıq heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olub. Təsərrüfatda yerli Qaradolaq qoyun cinsindən 1800 baş qoyun saxlanılır. Qaradolaq qoyunları hündürlüyünə, çəkisinin ağırlığına və ət veriminə görə digər yerli cinslərdən fərqlənir, bu səbəbdən fermerlər arasında bu cinsin saxlanıb artırılmasına maraq böyükdür. Fermerlər xalq seleksiyası yolu ilə alınmış Qaradolaq qoyunlarının damazlıq xüsusiyyətlərinin qorunub saxlanmasına və artırılmasına xüsusi diqqət yetirirlər.

Daha sonra Muradxan kəndində salınmış intensiv meyvə bağına baxış keçirilib. 30 ilə yaxın meyvəçiliklə məşğul olan fermer Natiq Qədirov hazırda meyvə bağının sahəsinin 70 hektara çatdırıldığını deyib. Bağın məhsulları xarici bazarlara ixrac olunur, bir hissəsi isə daxili bazara çıxarılır.

Nazir bağda meyvə yığımı prosesi ilə tanış olub, dərman və gübrələrin saxlandığı əraziyə, su anbarına, texnikalara baxış keçirib, tövsiyələrini verib.

Səfər çərçivəsində nümayəndə heyəti rayonun Xırdapay kəndində fermer Xəyal Rəsulovun 200 hektar intensiv nar bağında olub, görüşdə bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video