25 Iyul 2024 19:04
162
CƏMİYYƏT
A- A+

Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib

 

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğızıstana səfəri davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 25-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib. Azərbaycan nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov videomüraciətində tədbir iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.

Baş prokuror işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, həmçinin bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğu, Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

İyun ayında Xankəndi Şəhər Prokurorluğunun açılış mərasiminin keçirildiyi barədə danışan Kamran Əliyev bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Kamran Əliyev, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), cari il sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

Baş prokuror rusiyalı həmkarı İqor Krasnov və Çinin Baş prokuroru Ying Yong ilə görüşlər keçirib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video