12 Noyabr 2025 12:38
335
DÜNYA
A- A+
İslamabadda partlayış: 12 ölü, 27 yaralı

İslamabadda partlayış: 12 ölü, 27 yaralı


 Noyabrın 11-də günortadan sonra Pakistanın paytaxtı İslamabadda  intiharçının törətdiyi bomba partlayışı nəticəsində ən azı 12 nəfər həlak olub, 27 nəfər yaralanıb. Bu barədə daxili işlər naziri Möhsin Nəqvi jurnalistlərə bildirib.

O, kamikadzenin əvvəlcə paytaxt məhkəməsinin binasına girməyə cəhd etdiyini, lakin "bunu edə bilmədiyini və binanın dayanacağında polis maşınına hücum etdiyini" söyləyib. Polisin sözlərinə görə, qurbanların əksəriyyəti yoldan keçənlər və ya məhkəmə iclaslarında iştirak edən insanlar olub.

Nazir bildirib: "Biz bu hadisəni bir neçə cəhətdən araşdırırıq. Bu, sadəcə növbəti partlayış deyil. Bu, məhz burada, İslamabadda baş verib. Kim olursa olsun, yerli sakinlər və ya xarici vətəndaşlar, cəzasız qalmayacaqlar."

Nəqvi partlayışın arxasında Taliban və Hindistanla əlaqəsi olan terrorçuların olduğunu irəli sürüb.

 Associated Press agentliyinin xəbərinə görə, Pakistan Talibanından qopan "Camaat-ul-Əhrar" qruplaşması daha sonra məsuliyyəti öz üzərinə götürüb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!