26 May 2024 08:00
2021
İQTİSADİYYAT
A- A+
İqtisadi yüksəlişin təzahürü

İqtisadi yüksəlişin təzahürü

 

"Böyük qayıdış" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatı yaradılacaq

 

Prezident İlham Əliyev tərəfindən Milli Məclisə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi göndərilib. Bu ilin  dövlət büdcəsinə dəyişikliklər "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur. 
Dövlət büdcəsinə yenidən baxılmanı bir sıra amillər  şərtləndirir. Bunlardan biri "Böyük qayıdış" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.  Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi  üçün əlavə maliyyə təminatının yaradılmasını şərtləndirən amillərdəndir. Daha bir amil isə  yeni infrastruktur layihələrinin  həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclərdir və s.     
Əvvəla qeyd edək ki, əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır.  Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirir. Belə ki, bu ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artmışdır. Cari ildə inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşmışdır.
Yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirmişdir. Bu dövrdə  dövlət büdcəsinin gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat və ya 109,2 faiz təşkil etmişdir. Bu da keçən  ilin eyni dövrü ilə müqayisədə 1094,4 milyon manat və ya 9,0 faiz çoxdur. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil etmişdir. 
2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları  bu il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Qanun layihəsində qeyd olunur ki, zəruri əlavə xərclərin maliyyə təminatının mənbələri kimi  makroiqtisadi sabitliyə xələl gətirməyən, orta və uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər və maliyyələşmə alətləri çıxış edir. Dövlət büdcəsinin 3796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur. Əlavə qeyri-neft gəlirləri  1300 milyon manat, əlavə neft gəlirləri  605 milyon manat,  Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından  ayırmalar 250 milyon manat, "Nəqliyyat vasitələrinin utilizasiyası Fondu"nun (məqsədli büdcə fondu) gəlirləri  25 milyon manat, dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü  851,8 milyon manat, dövlət büdcəsinin kəsirinin böyüdülməsi  764,3 milyon manatdır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180 milyon manat çoxdur.  Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi neft sektorunun, 51,1 faizi qeyri-neft sektorunun payına düşür. Bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575 milyon manat və ya 9,3 faiz artırılır ki, bu ötən  ilin icra göstəricisinə nisbətən 1504 milyon manat (8,8 faiz) çoxdur. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcək.
Sözügedən sənəddə həmçinin göstərilir ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat  və ya 8,9 faiz çoxdur. 
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58 faizi həcmində və ya 23024,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat və ya 1,4 faiz, 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2756,3 milyon manat və ya 13,6 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 38,7 faizi həcmində və ya 15387,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3307,1 milyon manat və ya 27,4 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 faizi həcmində və ya 1295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677,0 milyon manat və ya 34,3 faiz az) vəsait yönəldiləcək.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd azalacaqdır. 
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1390,3 milyon manata qarşı 1750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2956,7 milyon manata qarşı 3058,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1102,6 milyon manata qarşı 1202,6 milyon manat və ya 100,0 milyon manat (9,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4822,2 milyon manata qarşı 4542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1871,3 milyon manata qarşı 1863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4542,2 milyon manata qarşı 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır. 
Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat məbləğində böyüdülməklə 3354,3 milyon manata çatdırılır. Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaqdır. 
Yenidən baxılma ilə 2024-cü il icmal büdcədə gəlirlər 43480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat və ya 11,5 faiz çoxdur. İcmal büdcənin xərcləri 45591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat və ya 7,6 faiz, 2023-cü ilin icra göstəricisinə nisbətən isə 5258,5 milyon manat və ya 13 faiz çoxdur.
İcmal büdcə 2111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1267 milyon manat və ya 37,5 faiz azdır. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!