29 Noyabr 2022 02:10
1602
SİYASƏT
A- A+
İlham Əliyevin qlobal barış missiyası 

İlham Əliyevin qlobal barış missiyası 

 

Azərbaycan Prezidenti münasibətləri gərgin olan dövlətləri yaxınlaşdırır, müttəfiqə çevirir

 

Azərbaycanın dünyada etibarlı tərəfdaş, Prezident İlham Əliyevin beynəlxalq arenada söz sahibi və güvənilən şəxs olması danılmaz həqiqətdir. Bütün bu nailiyyətlər isə heç şübhəsiz İlham Əliyevin ötən 19 il ərzində Azərbaycanda yürütdüyü hərtərəfli inkişaf strategiyasından yaranıb. 
Bununla bağlı noyabrın 25-də Bakıda "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans zamanı İlham Əliyev bildirib ki, indi Azərbaycanın beynəlxalq arenada oynadığı rol,  həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. "Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb", - deyə İlham Əliyev qeyd edib. 

 

Sülh və dostluq siyasəti

 

O da reallıqdır ki, İlham Əliyev vaxtilə münasibətləri kəskinləşən ölkələr arasında vasitəçilik etməklə, tarixi barışdırıcılıq missiyası həyata keçirib. Bunu Rusiya və Türkiyənin timsalında açıq-aydın görmək mümkündür. Bir müddət əvvələ qədər siyasi əlaqələri korlanmış, hətta müharibə səviyyəsinə qədər gəlmiş Türkiyə və Rusiya məhz Azərbaycanın hər iki ölkə arasında uğurlu vasitəçiliyi sayəsində bir çox sahələrdə, xüsusilə də geosiyasi maraqların təmini platformasında eyni mövqedə dayanıblar.
Hələ 2016-cı ildə Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulamışdı. Eləcə də Azərbaycan tərəfi hər zaman Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsindən narahatlığını ifadə etmişdi. Çünki bu iki güclü ölkənin münasibətlərinin normal olmaması bölgədə sülh və əməkdaşlığa birbaşa mənfi təsir göstərirdi. 
Vaxtilə siyasi münasibətləri heç də yaxşı olmayan, hətta zaman-zaman gərginləşən Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında da ölkəmizin rolu əvəzsizdir. İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün Türkiyə və İsrail arasında əlaqələr normallaşıb. Bu ilin avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa edərək, qarşılıqlı səfir təyin etmək qərarına gəliblər. Yaxın Şərqdə söz sahibi olan bu iki ölkənin münasibətlərinin tənzimlənməsi regiona sülh və sabitlik vəd edir. Həm Türkiyə, həm də İsraillə yüksək səviyyədə əlaqələri olan Azərbaycan üçün də bu iki ölkənin münasibətlərinin normallaşması mühüm əhəmiyyət kəsb edirdi. 
"Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans zamanı da İlham Əliyev bildirdi ki, "Bilirsiniz ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb". 
Dövlət başçısı vurğuladı ki, Azərbaycan, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynayıbdır: "Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, indi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük".
Eləcə də Azərbaycan türk dövlətlərinin, Qoşulmama Hərəkatına üzv dövlətlərin bir-biri ilə qarşılıqlı əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib. 

 

Avropada ən populyar şəxs

 

"Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir" - bu sözləri noyabrın 23-də Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında səsləndirdi. Serbiyalı Prezident mətbuata bəyanatında onu da xüsusi vurğuladı ki, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir: "Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən, onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm". 
Göründüyü kimi, bü gün Azərbaycan dünyada qlobal problemlərin həllində aktiv iştirak edən, bu problemlərin aradan qaldırılmasına dəstək verən ən fəal ölkələrdəndir. Ölkəmiz hər zaman münaqişələrin, qarşıdurmaların aradan qaldırılması üçün çalışır. Azərbaycan Prezidentinin bu barışdırıcı missiyasının uğurla nəticələnməsi isə həmin ölkələrin, onların liderlərinin İlham Əliyev şəxsinə olan yüksək etimadından, güvənindən, inamından doğur. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!