01 Fevral 2025 08:45
512
İQTİSADİYYAT
A- A+
İKT xanımların uğur yolunda etibarlı dostudur

İKT xanımların uğur yolunda etibarlı dostudur


Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları  (İKT) insan fəaliyyətinin bütün sahələrində, iqtisadiyyatın hərtərəfli inkişafında geniş tətbiq olunur. İKT dövrün ən başlıca tələblərindən biri və bəlkə də birincisidir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr İKT-nin təsir dairəsindədir. 

Xeyli zamandır ki, Azərbaycanda  elektron dövlət mühiti formalaşmağa başlayıb. Həmin elektron dövlətin "çətir"i altında elektron elm, elektron təhsil, elektron vergi, elektron gömrük, elektron məhkəmə, elektron bələdiyyə, elektron parlament kimi seqmentlər bir-birinə inteqrasiya olunur, birləşir. Artıq cəmiyyətdə informasiyalaşdırma, kommunikasiyalaşdırma, kompüterləşdirmə, şəbəkələşdirmə o qədər sürətlə gedir ki, İKT-dən kənarda heç nə qalmayıb. Cəmiyyətin inkişafı, insanların öz fəaliyyətini yüksək səviyyədə həyata keçirmələri üçün İKT-dən geniş istifadə olunur. Elə ölkəmizin  kosmosdakı peykləri də buna xidmət edir.

Bütün bunlara baxmayaraq, cəmiyyətdə sosial təbəqələşmə hələ də qalmaqdadır. İnternet hər kəs üçün bərabər şərtlərlə məlumat əldə etmək vasitəsi kimi düşünülsə belə, istər cinsi, istərsə də sosial və ya mədəni baxımdan rəqəmsal məkanda hələ də boşluqlar mövcuddur. Bu, xüsusən gender bərabərliyi fonunda  daha çox hiss olunur. Halbuki İKT sahəsində genderlərarası fərqin azaldılması, qadınların texniki bacarıqlarının inkişaf etdirilməsi, zərif cinsin nümayəndələrinin peşəkar inkişafına dəstək və motivasiyasının artırılması müasir dövrün əsas tələblərindən biridir. Qeyd edək ki, dünya əhalisinin yarısından çoxunun bu gün internetə çıxışı olmasına baxmayaraq, qlobal miqyasda qadınlar İKT xidmətlərindən kişilərə nisbətən daha az faydalana bilirlər ki, bu da rəqəmsal gender bərabərsizliyinə gətirib çıxarır.

Bu məsələdə Azərbaycan bəzi ölkələrdən fərqlidir. Belə ki, bizdə qadınlar informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişafında fəal iştirak edirlər. Bununla belə, xanımlarımız informasiya texnologiyalarının  aktiv istifadəçiləri olmalarına baxmayaraq, İKT sahəsində yüksək vəzifələri kişilər tuturlar. Amma bu, o demək deyil ki, bizim qadınlar İKT sahəsində heç bir uğur əldə etmirlər. Təbii ki, Azərbaycanda sahibkar qadınlar İKT-nin üstünlüklərindən  yetərincə istifadə edirlər və bu, qadınlara ictimai həyatda fəal iştirak etməyə imkan verir. Məhz belə qadınlar cəmiyyətdə, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkan sahibidirlər. Statistikaya görə,  ötən il Azərbaycanda İKT sektorunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 13 min 919 nəfər olub ki, onun da 2 min 909-nu qadın sahibkarlar təşkil edib. Startap komanda üzvlərindən 283-ü, 40 startapın isə 24-nün təsisçisi qadınlardır. Eyni zamanda startap və innovasiya sahəsində fəaliyyətin təşviqi üçün 29 mentor qadın yetişdirilib. Bu rəqəmlər  gender bərabərliyini və qadınların İKT sektorunda iştirakını təşviq etmək üçün atılan addımların Azərbaycanın rəqəmsal mənzərəsinin inkişafında mühim rol oynadığını sübut edir.

Son illər informasiya texnologiyaları hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün də əlçatan olub. Bu, qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb-platformalara çıxışını daha da asanlaşdırıb ki, o da öz növbəsində yüksək nəticə əldə etməkdə xanımların əllərindən tutur. Həmin  uğurun kökündə isə harada yaşamasından asılı olmayaraq, qadınların kreativ və tənqidi düşünmə qabiliyyətinə malik olması dayanır. Onu da qeyd edək ki, bu məsələdə qadınlara innovasiyanı özündə ehtiva edən qurumlar  dəstək olurlar. Məsələn, 10 il əvvəl yaradılmış  "Femmes Digitales" təşkilatının rəhbərliyi qarşısına Azərbaycanda texnologiya sahəsində çalışan xanımlara, eləcə də nailiyyətlərini ictimaiyyətə təqdim etmək və öz seçiminə hələ qərar verməmiş və ya texnologiyanın istənilən peşədə,  insanların gündəlik həyatında nə qədər əhəmiyyətli olduğunu bilməyən qadınlara kömək etmək məqsədi qoymuşdu. Bu gün təşkilat müəyyən qədər  məqsədə çatıb. 

Milli Məclisin deputatı Nigar Arpadarai ötən ilin dekabrında Bakıda "Femmes Digitales" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən dördüncü "Azərbaycan Qadınları İT-də Mükafatı (AWITA) 2024" mükafatlandırma mərasimində qadınların İKT ilə əlaqəsi barədə fikirlərini belə açıqlamışdır: "Azərbaycanda qadınların hüquqlarının qorunması daim prioritet hesab edilib. Onların ölkəmizdə hər sahədə irəli getməsi dövlət siyasətinin bir parçasıdır. "Femmes Digitales" İB yaradılanda qadınların İKT sahəsində sayı daha az idi. Ölkəmizdə innovativ texnologiyalarla məşğul olan qadınları bu platforma bir yerə toplayır. Biz süni intellekt, texnoloji həllər, texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə yaşayırıq. Buna görə qadınların bu sahədə daha irəli getməsi və saylarının artması üçün dəstək göstərməliyik. Bu, həm iqtisadi, həm sosial, həm də bərabərlik baxımından çox önəmlidir".

Bu gün qadınların İKT-yə daha geniş cəlb edilməsi iqtisadiyyatın inkişafını sürətləndirə və stimullaşdıra bilər. Qadınlar yalnız işçi qüvvəsi deyil, həmçinin yeni bacarıqları ilə iş yeri yaradanlardır. Onlar İKT-yə daha yaradıcı elementlər, daha əhatəli yanaşma əlavə edə bilirlər. Bu sektorda  çalışan qadınların hamısı  rəhbər vəzifədə olmasalar da, işinin ustası, istedadlı mütəxəssis, İKT hesabına dünya arenasına çıxa biləcək səviyyədədirlər. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Politico: Brüssel Ukrayna sammitinin pozulacağından ehtiyatlanır

15:11
05 Mart

Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol TƏHLİL 

15:09
05 Mart

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları azalıb  

15:08
05 Mart

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

15:07
05 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:31
05 Mart

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

13:30
05 Mart

Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib

13:30
05 Mart

Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib

13:29
05 Mart

Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib

13:28
05 Mart

Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur

13:27
05 Mart

Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb  

13:26
05 Mart

İstifadəyə yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv ediləcək  

13:25
05 Mart

Azərbaycan diaspor təşkilatları kanadalı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar  

13:24
05 Mart

Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib

13:22
05 Mart

NASA Ayda GPS sinqallarını qəbul edib

13:21
05 Mart

Tramp: ABŞ Qrenlandiyanı öz tərkibinə qatmağa hazırdır

13:20
05 Mart

Bu il ərzində 150 əmək yarmarkasının təşkil olunması planlaşdırılır  

12:43
05 Mart

Xocalı soyqırımı ilə əlaqədar Britaniya parlamentinin üzvlərinə və XİN-ə məktub ünvanlanıb  

12:41
05 Mart

Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin həlli üçün Tramp, Putin və Zelenskini Minskə dəvət edib  

12:40
05 Mart

ABŞ Prezidenti Panama kanalına nəzarəti qaytarmaqda qərarlıdır

12:39
05 Mart

SOCAR Qazaxıstan, Rusiya və Özbəkistan şirkətləri ilə dördtərəfli sənəd imzalayıb

12:38
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!