Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Xarici müdaxilələr və hibrid təhdidlər özündə nəyi ehtiva edir?
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərimizdən və ötən il suverenliyimizin tam bərpa edilməsindən sonra regiondakı geosiyasi konfiqurasiya tamamilə dəyişmiş, yeni forma almışdır.
Dövlətimizin başçısı 2024-cü il iyulun 21-də II Şuşa Qlobal Media Forumundakı "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda çıxışında və sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında bir çox mövzulara toxunaraq, Azərbaycanın şanlı qələbəsindən sonra dövlətimizin üzləşdiyi real və potensial təhdidlər barədə də ətraflı danışmışdır. "Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur" - deyən Azərbaycan Prezidenti dövlətimizin hər bir fərdinin qarşısında duran əsas vəzifələrdən birinə toxunmuşdur.
Azərbaycan Milli Məclisi ölkəmizin inkişafı və təhlükəsizliyi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasətinə, onun yorulmaz fəaliyyətinə daim dəstək vermişdir. Bu dəstəyin davamı olaraq və dövlətin müxtəlif təhlükələrdən etibarlı qorunması baxımından, 2024-cü il sentyabrın 30-da, payız sessiyasının elə ilk iclasında Milli Məclis VII çağırışın səlahiyyət müddəti ərzində fəaliyyət göstərəcək Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılması haqqında qərar qəbul etmişdir.
Adıçəkilən komissiyanın gələcək fəaliyyətinə keçməzdən öncə, xarici müdaxilə və hibrid təhdidlərin təsir etdiyi sahələrə və son məqsədlərinə diqqət yetirmək vacibdir.
Şəxsi fikrim ondan ibarətdir ki, Ermənistan və havadarlarının, erməni lobbisi və onlar qədər bizi sevməyən bəzi qüvvələrin Azərbaycanda müdaxilə etmək istədikləri sahələr əsasən - dövlətin təhlükəsizliyi, iqtisadi müstəqilliyi, milli-mənəvi, dini və multikultural dəyərləri, ölkənin beynəlxalq imici və qanunlarıdır.
Dezinformasiya və informasiya əməliyyatları, kiberhücumlar, casusluq, seçkilərə müdaxilə, iqtisadi alətlərlə təsir və təzyiqetmə, kritik infrastrukturun sabotajı, zərərli ideologiyaların yayılması, dini pərdəsi altında aparılan fəaliyyətlər, qeyri-qanuni hərbi birləşmələrin yaradılması, hüquqi vasitələrdən "silah" kimi istifadə, qanunsuz miqrasiya və əqli mülkiyyətin oğurlanması hibrid təhdidlərə şamil edilə bilər.
Hibrid təhdidin növləri kimi, onlardan qorunmağın da özünəməxsus yolları var. Hər bir ölkədə bu təhlükələr fərqli şəkildə tətbiq edilə bilir. Həmçinin hibrid təhdidlərin mürəkkəbliyi onlara qarşı mübarizəni çətinləşdirir, çünki bu, hərbi, kəşfiyyat, diplomatik və informasiya əməliyyatlarını birləşdirən hərtərəfli bir cavab tələb edir. Rəqib və ya düşmən ölkə strateji məqsədinə çatmaq üçün hədəf ölkəyə uyğun hibrid təhdid növlərindən birini və ya çox zaman bir neçəsini seçərək, mütəşəkkil fəaliyyətlər aparır. Bu təhlükələr dövlətlər və dövlətə bağlı olmayan qruplar tərəfindən yaradıldığı zaman hibrid təhdid kimi dəyərləndirilir.
Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycana qarşı hibrid təhdidlərin əsasən media kampaniyası, dezinformasiya və saxta məlumatlar yaymaq kimi formalarından istifadə edilir. Lakin şübhə yoxdur ki, fürsət düşdükcə və qarşıdan gələn mötəbər beynəlxalq tədbirlərin fonunda ölkəmizlə bağlı bu təhdidlərin digər təhlükəli növlərindən də istifadəyə cəhdlər ediləcək, bu istiqamətdə müxtəlif araşdırma və beyin mərkəzlərində simulyasiyalar aparılacaqdır.
Hibrid təhdidlər cəmiyyətə bütün səviyyələrdə təsir etdiyi üçün düşmənlərimiz durmadan insanlarımızın düşüncələrinə müdaxilə etmək, milli və iqtisadi təhlükəsizliyimizə risklər yaratmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edəcəklər. Yalanı doğru kimi təqdim etməklə, saxta hekayələr yaymaqla ictimai rəyi çaşdırmağa, cəmiyyətdəki mövcud vəhdəti sarsıtmağa və qütbləşmə yaratmağa hesablanan bu hərəkətlərdən vətəndaşlarımız vaxtında agah olmalıdırlar. Koordinasiya edilmiş fəaliyyətlər aparılarkən bir çox qarışıq alətlərdən istifadə olunduğu üçün fərdi şəkildə baş verən hansısa hadisənin geniş bir kampaniyanın tərkib hissəsi olduğunu müəyyən etmək və ona vaxtında cavab vermək çox zaman asan olmur. Bunları nəzərə alaraq, biz qalib xalq olaraq qarşımızda duran bütün təhdid və çağırışlara hazır olmalıyıq.
Yeni yaradılan Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya ilə bağlı qeyd etmək lazımdır ki, bu, Azərbaycan Milli Məclisinin tarixində bir ilkdir. Coğrafiyamızda yerləşən ölkələrin heç birinin qanunvericilik hakimiyyəti orqanında konkret bu sahə ilə məşğul olan qurum yoxdur. Komissiyanın tərkibi 9 deputatdan təşkil olunub. Milli Məclisin qərarı ilə komissiyanın aşağıdakı formada geniş vəzifə və səlahiyyətləri müəyyən edilib:
* Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatların hazırlanması;
* xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı önləyici addımlara dair təkliflərin hazırlanması;
* Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatların verilməsi;
* Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin tapşırığı ilə zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələrin keçirilməsi;
* aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması;
* qanunvericiliyin xarici müdaxilələr və hibrid təhdidlər baxımından araşdırılması, təhlil edilməsi və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə təkliflərin verilməsi;
* Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin tapşırığı ilə zəruri hallarda komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edilməsi;
* hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıqda iştirak edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərilməsi.
Sonda onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətləri çərçivəsində dövlətimizin təhlükəsizliyinə, inkişafına, qüdrətinə, xalqımızın birliyinə, milli-mənəvi dəyərlərimizə və digər vacib sahələrə təhdid yaradan və ya yarada biləcək bütün təhlükələri dəf etmək üçün bundan sonra da bütün gücünü səfərbər edəcək, həm icraedici, həm də məhkəmə hakimiyyəti ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəkdir.
Ramid NAMAZOV,
Milli Məclisin deputatı, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri
Barnye hökumətinə etimadsızlıq
Lukaşenko helikopterinə hücuma görə müharibə ilə hədələyib
Həndbolçularımız Avropa Kuboku oyunlarına başlayır
Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib
Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb
Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib
Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir
Cəbrayılda Şəhər Günü qeyd olunub
Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir
Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur
Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib
Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?
Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib
Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib
Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub
Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib
Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!