01 May 2026 12:57
201
CƏMİYYƏT
A- A+
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 


Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş videoçarx təqdim olunub.

Çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, MEDİA-nın və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub.

O vurğulayıb ki, müstəqillik illərində Ulu Öndərin müəllifi olduğu quruculuq xətti dövlətimizin qüdrətini və xalqımızın estetik zövqünü bütün dünyaya nümayiş etdirib: “Ulu Öndərin şəhərsalma vizyonunun bu gün beynəlxalq səviyyədə təsdiqini tapmasının ən mühüm nümunələrindən biri də WUF13-ün Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərardır. WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün ictimai proseslərin böyük hissəsinin məhz rəqəmsal mühitdə baş verdiyinə diqqət çəkib. Onun sözlərinə görə, media və ictimai proseslər artıq yalnız xəbər istehsalı deyil, məlumatın sürəti, texnoloji platformalarla təhlükəsiz mühitdə ötürülməsidir. Rəqəmsal inkişaf isə medianın fəaliyyətinə yeni imkanlar və çağırışlar açır. Bu dəyişikliklər fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov rəqəmsal platformaların əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrildiyini deyib. O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir. “Hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanlarına malikdir. Növbəti mərhələdə bütün məktəblərdə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilməsinə texniki dəstək təmin olunacaq”, - deyə F.Qurbanov vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov isə vurğulayıb ki, ölkəmizdə "Şəhərsalma və Memarlıq İli"nin elan olunması dövlətimizin bu sahəyə verdiyi yüksək önəmin, həyata keçirilən ardıcıl islahatların və uzunmüddətli inkişaf strategiyasının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik strategiyası ölkəmizin bütün sahələrində, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafın əsasını qoyub. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, Forumun keçirilməsində məqsəd ictimai proseslərin mediada işıqlandırılması səviyyəsinin artırılması, rəqəmsal mühitdə yaranan çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması və innovativ media həllərinin təşviq edilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

13:31
01 May

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib  

13:14
01 May

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli  

13:03
01 May

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 

12:57
01 May

Azərbaycanın BTC vasitəsilə dünya bazarına göndərdiyi neftin həcmi 625 milyon tonu ötüb  

12:53
01 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:43
01 May

Azərbaycan parlamenti mülki və ailə hüququ üzrə beynəlxalq protokolları təsdiqləyib

12:40
01 May

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

12:38
01 May

İşğaldan azad olunmuş ərazilərdə 575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

12:38
01 May

Milli Məclisin qərarı: Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır  

12:36
01 May

Bakı Limanında yeni körpü istifadəyə verilib

12:35
01 May

"Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub

12:27
01 May

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb  

12:26
01 May

“Şahdəniz”in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:24
01 May

Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır  

12:24
01 May

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb  

12:21
01 May

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

12:19
01 May

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib  

12:15
01 May

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!