30 Noyabr 2023 10:45
1979
Mədəniyyət
A- A+
İçərişəhər - bugünkü Bakının dünənki yadigarı

İçərişəhər - bugünkü Bakının dünənki yadigarı

 

İçərişəhər - tariximizin dünəni, bu günü və sabahı! İçərişəhər - yaşanmış illərin, əsrlərin daş vərəqləri! İçərişəhər - qədimliyimizin əbədi-əzəli məskəni, ötən illərimizin pozulmayan nişanəsi! İçərişəhər - ulu babalarımızın möcüzəli yurd yeri, sirlərlə dolu məkan, keçmişlərdən sabahlara açılan qapı! 
İçərişəhərin bir-birinə bənzəməyən darısqal, dolanbac küçələrindən hansımız keçməmişik ki?! Ətrafımızı bürüyən bu gözəlliyə hansımız heyran qalmamışıq ki?! Hamımız bu küçələrlə addımlamışıq. Addımladıqca da qəribə hisslər keçirə-keçirə gördüklərimizə böyük heyranlıqla tamaşa etmişik. İçərişəhərin hər daşı, hər əşyası böyük tariximizin kiçik parçalarıdır. Hər kiçik parça bizim üçün əzizdir. İçərişəhərin küçələrindən keçdikcə qulaqlarımıza ağsaçlı tarixin gur səsi gəlir. Qoca tarixin səsinə qulaq kəsilə-kəsilə İçərişəhərin dünənini vərəqləyirik, onun keçmişini öyrənirik. Çünki bu tarix bizim üçün müqəddəsdir.
Biz şərəfli tariximizlə daim öyünürük, məmləkətimizin qədimliyindən qürur duyuruq. Qonağımız gələndə mütləq ona tarixi yerlərimizi, qədim abidələrimizi, təbii ki, ilk növbədə, İçərişəhərimizi göstəririk. Bəs İçərişəhər haqqında nə bilirik? 
İçərişəhəri çox vaxt şəhər içərisində şəhər də adlandırırlar. Doğrudan da, qala darvazasından içəri ayaq qoyanda sanki başqa bir aləmə - Orta əsrlər şəhərinə düşürsən. Müasirliklə keçmişi bir-birindən qala divarları ayırır.
İçərişəhər hündürlüyü 8-10, eni 3,5 metr olan qala divarları ilə əhatə  olunub. Ərazisi 22 hektar olan qədim şəhər bütövlükdə heyrətamiz bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətli abidələrdir. Qız qalası və Şirvanşahlar sarayı 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Üçqat qala divarları və Qız qalası möhtəşəm müdafiə istehkamının bu günümüzə gəlib çatan əbədi nişanələrdir.
Bəlkə də burada küçələrin nəyə görə belə dar və dolanbac olduğunu bilməyənlər var.  Bu ona görə belədir ki, düşmən süvariləri küçə və dalanlara girə bilməsinlər. Çünki belə dar yerdə atların sürətlə hərəkət etməsi və idarə olunması mümkün deyil.
Azərbaycan böyük İpək yolunun üzərində yerləşdiyinə görə İçərişəhərdə çoxlu karvansara və bazar meydanı da olub. Qeyri-adi görkəmi ilə seçilən ikimərtəbəli karvansara XV əsrə aiddir. Karvansara cənub-şərq tərəfdən künc qalalarla mühafizə olunur ki, bu da onun müdafiə məqsədi güddüyündən xəbər verir.
XV əsrin sonlarında şəhərdən keçən ticarət yolunun üzərində tikilən Buxara karvansarası gündəlik ticarət əməliyyatlarından sonra, əsasən, Orta Asiya tacirlərinin toplaşdığı xüsusi məkan olub. Buxara karvansarası ilə üzbəüz yerləşən Multani karvansarası isə Abşeron atəşgahlarına ziyarətə gələn hindli tacirlər və zəvvarlar üçün sığınacaq rolunu oynayıb.
Qədim qala ərazisindən VIII-IX və sonrakı əsrlərə aid dəmir pullar, həmçinin Sasanilərə məxsus iki böyük dəfinə tapılıb ki, bu da V-VII əsrlərə aid edilir. Həmin dəfinə  Erkən orta əsrlərdə burada daxili və xarici ticarətin inkişaf etdiyini sübut edir.
İçərişəhərin daş döşənmiş dar  küçələri labirinti xatırladır. Nabələd adam burada tez bir zamanda aza bilər. Yolu səhv saldınsa, bir nöqtə ətrafında fırlana-fırlana qalırsan. Bir də görürsən ki, yenə əvvəlki yerə gəlib çıxmısan.
1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhərin üç əsas darvazası var - Şamaxı darvazası, Salyan darvazası və dəniz sahilinə açılan darvaza. Əsas girişlərdən biri Qoşa Qala qapısıdır ki, buna Şamaxı darvazası deyilir. Qoşa Qala qapısından içəri daxil olan kimi qarşımızda geniş bir meydan açılır. Meydanın sol tərəfində XVIII əsrin memarlıq abidəsi olan Bakı xanlarının iqamətgahının qalıqları var. Onun bizim dövrümüzə gəlib çatmış tağ formalı giriş qapısı üzərində iqamətgahın tikilmə tarixini əks etdirən bir kitabə var. İçərişəhərin mərkəzi küçəsi şimalda Şamaxı darvazasından başlayıb cənubda Salyan darvazasınadək uzanıb gedir. 
Dağıdıcı zəlzələdən sonra Şirvan hökmdarı Axsitan paytaxtı İçərişəhərə köçürmüşdü. Bundan sonra şəhər daha da böyüyüb genişlənmişdi. Burada möhtəşəm bir saray - Bakının ecazkar tarixi abidələrindən olan - Şirvanşahlar sarayı tikilib. Bu saray İçərişəhərə xüsusi bir yaraşıq və əzəmət verir. Kompleksə daxil olan saray, divanxana, türbə və məscidlər nadir memarlıq üslubu, bədii oymaların və naxışların ahəngdarlığı ilə diqqəti cəlb edir.
Tariximizin daha bir incisi, Bakının simvolu olan Qız qalası da  İçərişəhərdədir. Əslində, İçərişəhərin tarixi daha qədimlərə, hətta eramızdan əvvələ gedib çıxır. Arxeoloqlar qazıntı zamanı bunu sübut edən bir çox nişanələr aşkarlayıblar.
İçərişəhərdən çoxlu yeraltı yollar keçir. Vaxtilə bu yollardan birinin hətta 20-30 km uzaqlıqda yerləşən Mərdəkana gedib çıxdığı da deyilirdi. Şəhərdə məşhur hamamlar da olub. Onlarda biri Ağa Mikayıl hamamıdır ki, ona xalq arasında Məşədi İbad hamamı deyilir. Salyan darvazası önündəki Qasım bəy hamamı da öz gözəl quruluşu ilə görənləri heyran edir.
İçərişəhər tarixən ayrı-ayrı məhəllələrdən ibarət olub: Ağşalvarlılar, Arabaçılar, Hamamçılar, Seyidlər... Son üçü adından məlumdur. Bəs niyə "ağşalvarlılar"? Məlumunuz olsun ki, bu, nəsillikcə dənizçiliklə məşğul olanlara verilmiş addır. 
İçərişəhəri xalq arasında həm də "Qala"  və ya sadəcə "Qədim şəhər" adlandırırlar. Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, öz dövrü üçün çox etibarlı hesab edilən qala divarları ilə əhatə olunub. 
Möcüzəli yurd yerimiz olan İçərişəhərin tarixi cild-cild kitablara sığmaz. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

22:16
21 İyun

Neft sızmaları zamanı operativ müdaxilə ekoloji fəsadların minimuma endirilməsində həlledici rol oynayır 

20:49
21 İyun

Ekspert: Dənizdə boru xətlərinin davamlı monitorinqi ekoloji risklərin azaldılmasında mühüm rol oynayır  

19:41
21 İyun

Ukrayna ikitərəfli münasibətlərdə Polşanı təmkinli olmağa və diplomatiyaya çağırıb

19:21
21 İyun

ABŞ-nin enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

18:31
21 İyun

Vitse-prezident: ABŞ İranla münasibətləri kökündən dəyişdirməyə hazırdır  

17:57
21 İyun

Tramp gecə boyu iranlılarla danışaraq Hörmüz boğazını bağlamamaqla bağlı onlara xəbərdarlıq edib  

17:43
21 İyun

ABŞ-nin Vitse-prezidenti: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik  

17:18
21 İyun

Pakistanın Baş naziri İsveçrədə ABŞ və İran nümayəndə heyətləri ilə görüşüb

16:53
21 İyun

“Azneft” İB: Dübəndi sahilindəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb

15:19
21 İyun

Ukrayna qoşunları Krım körpüsü yaxınlığında bir neçə vacib hədəfə zərbələr endirib  

14:59
21 İyun

Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib  

14:49
21 İyun

Yəmən Nümayəndələr Palatasının sədri Bakıdadır

14:37
21 İyun

Niger Məsləhət Şurasının sədri ölkəmizə səfərə gəlib

14:09
21 İyun

FHN-dən xəbərdarlıq: Küləkli havada dənizə girmək təhlükəlidir! 

13:47
21 İyun

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

13:31
21 İyun

Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

13:19
21 İyun

Argentinanın Müstəqillik Günündə Bakıdan dostluq və rifah mesajı 

12:53
21 İyun

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

12:48
21 İyun

Azərbaycana yay fəsli daxil olub 

12:27
21 İyun

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:09
21 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!