14 İyun 2025 15:44
402
SİYASƏT
A- A+
Hikmət Hacıyev: Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır  

Hikmət Hacıyev: Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır  


Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” panel müzakirəsində çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib: “Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə bilər”.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil. “Lakin bu prosesdə Ermənistan tərəfindən də konkret addımlar atılmalıdır. Ermənistan Naxçıvanı 30 il müddətində blokadada saxlayıb. Biz gözləyirik ki, Ermənistan ilk növbədə Zəngəzur dəhlizi istiqamətində mühüm bir addım atsın. Bilirəm ki, erməni tərəfi dəhliz sözündən narahat olur. Həmişə zarafatla deyirəm ki, mən Azərbaycanın bütün ərazisinin dəhlizə çevrilməsini istərdim. İstəyirlər yol desinlər, keçid desinlər, fərq etməz, amma əsas məsələ Naxçıvanla birbaşa bağlantının qurulmasıdır”,- deyə o vurğulayıb.

Prezidentin köməkçisi əlavə edib ki, Naxçıvana nəqliyyat bağlantısı yaradıldıqdan sonra bu, Ermənistan üçün də yeni imkanların açılmasına səbəb ola bilər: “Biz istəyirik ki, Ermənistan da regional nəqliyyat şəbəkəsinin əsas axınının bir hissəsinə çevrilsin”,- deyə Hacıyev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!