20 Sentyabr 2024 20:18
1227
CƏMİYYƏT
A- A+
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “A grammar of contemporary Azerbaijani” adlı dərs vəsaitinin təqdimatında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “A grammar of contemporary Azerbaijani” adlı dərs vəsaitinin təqdimatında iştirak ediblər

Sentyabrın 20-də Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Trend xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, eləcə də Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilmiş kitabın müəllifləri dilçi-alim Səbinə Əliyeva və Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribovadır.

Kitabın təqdimatından əvvəl AZƏRTAC-a müsahibə verən dilçi-alim Səbinə Əliyeva dərsliyin ingilisdilli insanların Azərbaycan dilini öyrənmək üçün bütün qrammatik kateqoriyaları və konstruksiyaları əhatə etdiyini söyləyib. “Kitab ingilis dilində qələmə alınıb. Hər bir qrammatik kateqoriyaya, struktura aid nümunələr həm Azərbaycan, həm də ingilis dilində verilib. Kitabın sonunda bütün qrammatik kateqoriyaları əks etdirən cədvəllər təqdim olunub. Dərslik təxminən dörd il ərzində yazılıb. Bu kitabın ərsəyə gəlməsində 20 ilə yaxın müddətdə bizim əcnəbilərə keçdiyimiz dərslər zamanı qazanılmış təcrübə yardımçı olub. Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı və təbliği məqsədilə imzaladığı sənədlərə cavab olaraq biz də bu işə kiçik töhfə verməyə çalışdıq”, - deyə o qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müəlliflərin bu işə 5 ilə yaxındır başladıqlarını diqqətə çatdırıb.

Xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dilinin qorunub saxlanılmasını, onun inkişaf etdirilməsini əsas prioritet kimi qəbul etdiklərini vurğulayan komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə xaricdə “Azərbaycan evlərinin” təsis olunduğunu deyib: “Onların nəzdində şənbə-bazar məktəbləri təşkil olunub ki, bizim xaricdə böyüyən uşaqlarımız və gənclərimiz Azərbaycan dilinin mənimsənilməsi üçün bu imkanlardan istifadə etsinlər”.

Təqdimat mərasimində çıxış edən dilçi-alim Səbinə Əliyeva Azərbaycan dili istiqamətində görülən hər bir işin onun üçün Vətənə xidmət olduğunu deyib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova belə bir dərsliyə böyük ehtiyac olduğunu söyləyib. “Biz bir neçə ildir ki, xarici tələbələrə Azərbaycan dilini tədris edirik. Həmin prosesdə Azərbaycan dilinin sistemli qrammatikasına dair dərsliyə böyük ehtiyac olduğunu görürdük və biz bunun üzərində çalışmağa başlayaraq bu kitabı ərsəyə gətirdik”, - deyə prorektor qeyd edib.

Kitabın redaktoru və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrin əhəmiyyətini vurğulayaraq, bu gün universitetə bir çox ölkələrdən gələn tələbələrin Azərbaycan dilini öyrənmək üçün çox həvəsli olduqlarını diqqətə çatdırıb. “İnanıram ki, bu kitab bizim dilimizi öyrənmək istəyən insanların əlində yararlı bir vasitə olacaq”, - deyə rektor qeyd edib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bu dərsliyin gələcəkdə Azərbaycan dilini öyrənən hər kəs üçün zəngin bir ədəbiyyata çevriləcəyini vurğulayıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Azərbaycan dilinə həsr olunan hər bir kitabın diqqətəlayiq olduğunu qeyd edərək, bu əsərin çox böyük önəm daşıdığını deyib.

Tədbir bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!