12 Dekabr 2024 08:55
111
SİYASƏT
A- A+
Heydər Əliyev Azərbaycanın qürur doğuran tarixini yaradıb

Heydər Əliyev Azərbaycanın qürur doğuran tarixini yaradıb


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ili tamam olur. Yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də bu günlərdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir. Vəfatının 21-ci ilində həm də Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinə nəzər salmaqla, əbədiyaşar şəxsiyyəti yad edirik.

Tarix sübut edir ki, məhz güclü lideri olan dövlətlər bütün sınaqlardan, ağır burulğanlardan layiqincə çıxaraq öz milli hədəflərinə çatmış, müstəqil dövlətçiliklərinə sahib ola bilmişlər. Xüsusən müstəqillik və dövlətçilik mücadilələrinin aparıldığı situasiyalarda lider amilinin böyük rol oynaması tarixin sübuta ehtiyacı olmayan aksiomları sırasında yer alır. Əsl lider həm də o kəslərdir ki, onlar tarixin axarı ilə getmirlər və öz əməlləri ilə elə tarixin özünü yaradırlar. Bu baxımdan müasir Azərbaycan tarixinin reallıqları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin timsalında lider faktorunun dövlətin və xalqın taleyindəki rolunu ən müfəssəl formada ifadə edən mükəmməl nümunədir. 

Ulu Öndər Heydər Əliyev həm sovet dövrü Azərbaycanına, həm də müstəqil Azərbaycana rəhbərlik edib. Respublikaya hər bir rəhbərliyi dövründə Ulu Öndər möhtəşəm tarix yazıb və yaradıb, xalqımızın fəxarət ünvanı olan uğurlarımızın müəllifinə çevrilib. Adı dövlətçilik tariximizə əbədi həkk olunmuş bu dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi hər bir dövr yüksəliş illəri olmuşdur. 

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi sovet dövrü tariximizin inkişaf və intibah mərhələsidir. Məhz həmin dövrdən respublikamızda başlanan siyasi kurs, həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, qısa zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə o dövrlərdə digər respublikaların rəhbərlərinin cəsarət etmədiyi addımlar atıldı. Heydər Əliyevin ölkənin inkişafı naminə təşəbbüsləri, ideyaları, novatorluğu, quruculuq əzmi o dövrün reallıqları ilə müqayisədə ölkədə cəsarətli inkişaf siyasətinin başlanması demək idi.

Heydər Əliyevin yüksək təşkilatçılığı, bacarığı, yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda iqtisadiyyatın bütün sahələrində vüsətli dəyişikliklər baş verdi və ölkəmiz ittifaq büdcəsindən dotasiya almadan yaşayan respublikalardan birinə çevrildi. O dövrdə yaradılan güclü iqtisadi potensial  bu gün də müstəqil ölkəmizə xidmət edir.

Ulu Öndərin sayəsində xalqımızın mənəvi dəyərlərinin qorunmasına xidmət edən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi. Bu baxımdan Ulu Öndərin sovet hakimiyəti dövründə Azərbaycana rəhbərliyini ölkəmizdə milli-mənəvi yüksəliş mərhələsi kimi də xarakterizə etmək olar.

Xalqımızın dahi oğlu Moskvada, SSRİ rəhbərliyində fəaliyyət göstərəndə Azərbaycanla bağlı mühüm qərarların qəbuluna nail oldu, respublikamızın hərtərəfli inkişafını diqqət mərkəzində saxladı.

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyətinin mərkəzində Azərbaycan dövləti və xalqı dayanıb. Heydər Əliyev öz əməlləri ilə həm də xalqımızın müstəqillik amallarının gerçəkləşməsinə töhfələr verib. Məhz Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərindəki siyasi fəaliyyəti Azərbaycanda baş qaldıran müstəqillik uğrunda mübarizənin sürətlənməsinə səbəb olub. Heydər Əliyevin cəsarəti ilə 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağımızın ucaldılması, bundan bir neçə ay sonra isə SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsinin qarşısının alınması və digər bu səpkili hadisələr nəticə etibarilə milli azadlıq mübarizəsinə yeni ab-hava gətirmişdi.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda baş verən hadisələrin kökündə dayanan amillərdən biri ölkəyə güclü və xarizmatik liderin rəhbərlik etməməsi idi. Elə buna görə müstəqilliyimizin ilk illərində müasir tariximizin ən ağır hadisələri yaşandı, torpaqlarımızın bir hissəsi işğal olundu. Bu ağır vəziyyətə isə yalnız Heydər Əliyev kimi güclü və qətiyyətli bir lider son qoya bilərdi. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan ictimaiyyətinin Ulu Öndərə olan inamının göstəricisi idi. Bu inamın növbəti təcəssümü kimi Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi müstəqilliyimizin itirilməsinin, ölkəmizin parçalanmasının qarşısını aldı. Ulu Öndər Heydər Əliyev öz qətiyyətli siyasi iradəsi ilə Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etdi, xalqımızın ona bəslədiyi ümidləri layiqincə doğrultdu. Ulu Öndər Azərbaycanı bir dövlət kimi yenidən yaratdı, hüquqi və dünyəvi dövlət quruculuğunu həyata keçirdi, respublikamızı beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu və nüfuzlu üzvünə çevirdi.

Heydər Əliyev öz ideyaları ilə, xalqımızın və dövlətimizin inkişafına xidmət edən siyasi kursunun davam etdirilməsi ilə bütün Azərbaycan xalqının qəlbində yaşayır. Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq ötən 21 ildə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilib, respublikamız beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib, ölkədə tarazlı və davamlı inkişaf təmin olunub. 

Ümumiyyətlə, bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın yüksəlişinə nail olmaqla, həm də Heydər Əliyevin ideyalarının həyata keçirilməsini təmin edib. Torpaqlarımızı işğaldan azad etməklə isə cənab İlham Əliyev ata vəsiyyətini, Heydər Əliyevin ən böyük arzusunu reallaşdırıb. Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı. Bu inam Heydər Əliyevin 2003-cü ilin oktyabr ayında xalqımıza etdiyi müraciətdə də öz ifadəsini tapmışdı. Ulu Öndər layiqli siyasi varisi Prezident İlham Əliyev bu inamı qətiyyətlə reallığa çevirdi, Ulu Öndərin arzusunu həyata keçirdi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyaları, dövlətə və xalqa sədaqətli xidmət yolu hər bir azərbaycanlının öyrənməli olduğu bir irsdir. Bu irs Azərbaycanın şərəfli tarixi və vətəni sevməyin nümunələri ilə zəngindir. Qarşıdakı illərdə də Heydər Əliyev irsi və İlham Əliyev siyasəti ilə Azərbaycan müasir tarixini yeni möhtəşəm uğurlarla zənginləşdirəcək.


Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

10:10
12 Dekabr

Yeni dövlət standartı - "Yaşıl biznesin idarəedilməsi sistemləri"

10:05
12 Dekabr

Diktatorun rəzil sonu

10:00
12 Dekabr

Aqrar sektor: növbəti illər məhsul istehsalının dinamik artımı proqnozlaşdırılır

09:55
12 Dekabr

Biləsuvarda Ümummilli Liderin anım günü qeyd olunub

09:50
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!