08 Aprel 2026 09:05
139
Mədəniyyət
A- A+
Həyatını Üzeyir bəylə təsadüfi tanışlığı dəyişdi

Həyatını Üzeyir bəylə təsadüfi tanışlığı dəyişdi


İxtisasca mühəndis-texnoloq olan, uşaqlıqdan dəqiq elmlərə sonsuz marağı olan Ədilə Hüseynzadə 1916-cı il aprelin 29-da Bakıda dünyaya göz açıb, İçərişəhərdə boya-başa çatıb. Ailəsində incəsənətə böyük sevgi görüb, musiqiyə duyduğu heyranlıq kiçik yaşlarında aldığı təhsillə cilalanıb. 

O, 6 yaşından yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano dərsləri alıb. Lakin dəqiq fənlərə marağı orta məktəbi bitirəndə sənət seçiminin önündə dayanıb. 1929-cu ildə Nəriman Nərimanov adına Sənaye Texnikumuna daxil olub. Adı texnikumun əlaçı tələbələri sırasında çəkilib. Sənayə Texnikumunu əla qiymətlərlə başa vurduğuna görə Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) imtahansız qəbul edilib. Həmin təhsil ocağını da əla qiymətlərlə bitirərək mühəndis-texnoloq peşəsinə yiyələnib. Ancaq hələ kiçik yaşlarında qəlbində yurd salan musiqi sevgisi duyğularını başqa bir aləmə qanadlandırıb.

Gələcək həyatını musiqisiz təsəvvür edə bilmədiyi günlərin birində dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə tanış olması həyatını yeni bir məcraya yönəldib. Sonralar Ədilə Hüseynzadə həmin günləri barədə deyib: "1936-cı ilin yayında atamın Şüvəlandakı bağında oturmuşduq. Birdən kiçik bacım təngnəfəs gəlib xəbər verdi ki, Üzeyir bəy bir neçə nəfərlə bizim evə tərəf gəlir. Hamımız cəld qapıya çıxdıq. Doğrudan da, Üzeyir bəy idi. Atam tez onu ehtiramla qarşıladı və bağa dəvət etdi. Üzeyir bəy Hacıbəyli bildirdi ki, yayda dincəlmək və yaradıcılıqla məşğul olmaq üçün sakit bağ axtarır. Bağımızın bir tərəfində qonaq-qara üçün ayrıca ev var idi. Atam oranı Üzeyir bəy Hacıbəyliyə göstərdi. Üzeyir bəy də evi çox bəyəndi. Böyük sənətkar nə qədər israr etsə də, atam onunla pul söhbəti aparmadı. Beləliklə, 1936-cı ilin yay aylarında Üzeyir bəy Hacıbəyli ailəsi ilə bərabər bizim bağda istirahət etdi və özünün məşhur "Koroğlu" operasının dördüncü pərdəsini də orada yazdı. Elə həmin yay Üzeyir bəy Şüvəlan bağlarına elektrik xətti çəkdirdi. Ona qədər bağlarda sakinlər lampa işığından istifadə edirdilər".

Qarşıdan çoxlarının həyatının faciəli ilinə çevriləcək 1937-ci il gəlirdi. Dəhşətli repressiya burulğanı yaxınlaşdıqca başlarının üstündə qara buludlar dolaşan ailələrdən biri Hüseynzadələr olub. İran pasportları olduğu üçün onlar da İrana sürgün ediliblər. Ədilə Hüseynzadə o vaxt artıq ailə həyatı qurmuşdu. İki övlad anası idi. Ona görə də o, sürgündən azad olunub. Amma ata-anasından, iki bacısından və qardaşından ayrı düşüb. Bu ayrılıq uzun çəkib. Ədilə xanım doğmalarının həsrətinə qatlaşaraq yaşayıb.

Ömrünün o ağır günlərində Üzeyir bəydən əsl atalıq qayğısı görüb. Həmin çətin vaxtlarında bir də musiqi sevgisi əlindən tutub. Ədilə Hüseynzadə 1942-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının rektoru Üzeyir bəy Hacıbəylinin yanına gedib. Ona musiqiçi olmaq arzusundan danışıb. Bir də deyib ki, "hiss edirəm, yaxşı səsim var". Komissiya üzvləri toplanaraq onun ifasını dinləyiblər. Ədilə Hüseynzadənin gözəl metsosoprano səsə malik olduğuna qərar verib, onu Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası) vokal şöbəsinə qəbul ediblər. O, vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində almağa başlayıb.

Bəstəkar olmaq qərarını isə orada bir il təhsil aldıqdan sonra verib. İsmayıl Soltanın "Yadigar" şeirinə musiqi bəstələyib. Üzeyir bəy onun bəstəsini bəyənib... 

Vokal şöbəsindən bəstəkarlıq şöbəsinə keçən Ədilə Hüseynzadə həftədə dörd dəfə Üzeyir bəy Hacıbəylidən dərs almağa başlayıb. O, Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə "Vəslin həvəsi" romansını da hələ tələbə ikən Üzeyir  bəyin təşəbbüsü ilə bəstələyib. Üzeyir bəy əsəri yüksək qiymətləndirib. Romansın ilk ifaçısı isə böyük müğənni Bülbül olub.

Üzeyir bəy Hacıbəyli 1945-ci ildə ekranlaşdırılan "Arşın mal alan" filmində Asyanın vokal partiyasını Ədilə Hüseynzadəyə həvalə edib. O, əsərləri ilə tələbəlik illərindən həm Sovet İttifaqında, həm də xarici ölkələrdə tanınıb.

1948-ci ildə Üzeyir bəy Hacıbəyli dünyasını dəyişdikdən sonra Ədilə Hüseynzadə professor Boris Zeydmanın sinfinə keçirilib. Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bitirib. Həmin il Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1986-cı ilədək həmin təhsil ocağında kompozisiyanın əsasları fənnindən dərs deyib.

İstedadlı bəstəkar həm klassik, həm də müasiri olan şairlərin əsərlərinə müraciət edib. O, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Aleksandr Puşkinin, Səməd Vurğunun, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Nigar Rəfibəylinin, Rəsul Rzanın şeirlərinə musiqilər yazıb.

Bəstələdiyi "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günəşdən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" və başqa romansları, mahnıları sevilə-sevilə ifa edilir. Bəstəkar bir sıra irihəcmli əsərlər də yazıb. O, xor üçün "Oktyabr", xor və simfonik orkestr üçün "Vətən" kantatası, simfonik poema, "Vətən" vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün "Sülhün səsi" kantatası, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi simfonik poema, tar və solistlər və xor üçün "Ərəb dostlarıma", solistlər və xor üçün "Neylərəm", xor üçün "Üzün bərqi gülitərdir", kapella xoru üçün "Vətən" adlı xor əsərləri, solist bariton qadın xoru və orkestr üçün "Oğlumun babasına" adlı balladanın müəllifidir. 

O, 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilib. 1982-ci ildə Əməkdar incəsənət xadimi" adına layiq görülən Ədilə xanım Hüseynzadə 2005-ci il iyulun 20-də dünyasını dəyişib. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ–İran atəşkəsi Hörmüz boğazının açılmasından sonra qüvvəyə minəcək  

10:49
08 Aprel

Dünya bazarında qızıl 183 dollardan çox bahalaşıb

10:39
08 Aprel

Azərbaycan nefti 140 dollardan baha satılır 

09:59
08 Aprel

CNN: İsrail İranla ikihəftəlik atəşkəsə qoşulacaq  

09:53
08 Aprel

Tramp İranın enerji infrastrukturuna zərbələri iki həftəlik təxirə salıb  

09:44
08 Aprel

İranın neft-kimya zavodu hava hücumlarına məruz qalıb

09:41
08 Aprel

Tramp: ABŞ İranla bağlı gərgin danışıqlar aparır və Pakistanın təklifini araşdırır

09:33
08 Aprel

Roma Papası Trampın İrana qarşı təhdidlərini qəbuledilməz adlandırıb

09:25
08 Aprel

İran ABŞ-nin hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbələr endirə bilər

09:23
08 Aprel

CNN: ABŞ–İran danışıqlarında müsbət irəliləyişlər gözlənilir

09:18
08 Aprel

Uşaqları artıq çəkidən necə xilas etməli?

09:15
08 Aprel

Pakistanın Baş naziri Trampı İranla danışıqların müddətini iki həftə uzatmağa çağırıb

09:10
08 Aprel

Dəniz suyu şirin su hövzələrinə qənim kəsilib

09:10
08 Aprel

UNESCO-da Novruz bayramı qeyd edilib

09:06
08 Aprel

Həyatını Üzeyir bəylə təsadüfi tanışlığı dəyişdi

09:05
08 Aprel

Xəzərin nəfəsi ilə yaşayan Bakı bulvarı

09:00
08 Aprel

Ağdaban fəryadı

08:55
08 Aprel

ASP ölkə sənayesinin flaqmanına çevrilir

08:50
08 Aprel

Sınaqlardan çıxan yaxın qonşuluq, uzaq gələcəyə hesablanan strateji tərəfdaşlıq

08:45
08 Aprel

Azərbaycanın suverenliyinə aid məsələlər müzakirə predmeti deyil

08:40
08 Aprel

Neftin bahalaşması dünyaya necə təsir edir

08:35
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!