21 Noyabr 2024 11:39
110
CƏMİYYƏT
A- A+
Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır  

Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır  

İnsult, beyin zədələnməsi və hətta ölümlə nəticələnə bilən beyin anevrizmasının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Anevrizma arteriya, az hallarda vena və ya ürək divarının incəlməsi nəticəsində adətən balon şəklində şişməsi və qabarmasıdır. Beyin anevrizması anevrizmaların daha təhlükəli və ən çox rast gəlinən formalarındandır.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin xəstəliyin diaqnostikası və müalicəsi üçün lazım olan maqnit rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), KT/MRT angioqrafiya, serebrospinal maye (CSF) testləri, laborator analizlər, açıq beyin əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.

Anevrizma ilə heç bir simptom hiss etmədən illərlə yaşamaq mümkündür. Həmin vaxt ərzində isə anevrizma inkişaf edərək hər an təhlükə yarada bilər. Bir çox hallarda anevrizmalar böyüyənə və yırtılana (ya partlayana) qədər simptomsuz keçir. Lakin böyüyən anevrizma ətraf toxuma və sinirlərə təzyiq edir və nəticədə bəzi simptomlar müşahidə olunmağa başlayır. Böyüyən, lakin yırtılmamış anevrizmalar zamanı başağrısı, göz üstündə ağrı, üzün bir tərəfində keyimə, ikiləşmiş və bulanıq görmə, genişlənmiş göz bəbəyi kimi əlamətlər müşahidə olunur. Yırtılmış beyin anevrizmaları zamanı boyun nahiyəsinə yayılan şiddətli başağrısı, işığa qarşı həssaslıq, nitqin pozulması, psixi vəziyyətdə dəyişiklik, şüur itkisi, başgicəllənmə, hərəkətin çətinləşməsi, dərinin qızarması, tərləmə, ürəkbulanma və ya qusma kimi simptomlar yaşanır.

Xəstəliyin simptomları müşahidə olunan pasiyentlərə həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Diaqnozun dəqiqləşdirilməsi anevrizmanın mövcudluğunu aşkar edən beyin toxumalarının və arteriyalarının görüntülərinə əsaslanır. Görüntüləmə MRT və KT müayinələri əsasında əldə olunur.

Həmin xəstəliyin müalicəsi anevrizmanın lokalizasiyası və ölçüsü, onun yırtılma riskinin olması və ya yırtılması, pasiyentin yaşı, irsiyyəti, yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Kiçikölçülü və simptomsuz anevrizmaları olan pasiyentlərə vaxtaşırı görüntüləmə metodları (MRT, KT) ilə müayinə və mövcud xəstəliklərin (xüsusilə ateroskleroz, arterial hipertenziya) müalicəsi tövsiyə olunur. Radikal müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. Cərrahi əməliyyatla anevrizmaya qan axınını kəsmək və qan dövranından ayırmaq (anevrizmanın kliplənməsi, koaqulyasiya və s.) mümkündür. İcra edilən açıq beyin əməliyyatı, bu zaman istifadə edilən tibbi sərf və anesteziya, stasionarda yatış, qidalanma icbari tibbi sığorta təminatına daxildir.

İcbari tibbi sığorta ilə həmin tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məlumat üçün bildirək ki, anevrizma yırtılması müalicə edilmədiyi təqdirdə, beyin toxumasında infarkt, beyin zədələnməsi, insult, iflic və bəzi hallarda ölümlə nəticələnə bilər. Həmin xəstəliyə ən çox 40 yaşdan yuxarı olan, şəkərli diabet, arterial hipertenziya (yüksək qan təzyiqi) və digər xəstəliklərdən əziyyət çəkən, baş nahiyəsindən zərbə alan, alkoqol və tütün istifadə edən, ailə tarixçəsində daha əvvəl yırtılmış anevrizması olan şəxslərdə rast gəlinir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcü professor COP29 haqqında: Böyük miqyas, əla təşkilatçılıq - hər şey texniki cəhətdən yaxşı və zövqlə hazırlanıb  

14:08
21 Noyabr

BMT nümayəndəsi: İqlim dəyişikliyi nəticəsində qadınlara və azyaşlı qızlara qarşı zorakılıq halları artır  

14:07
21 Noyabr

Multikulturalizm Mərkəzinin rəhbəri “İslamın minarəsi” jurnalının redaksiya heyətinə daxil edilib  

14:06
21 Noyabr

TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb  

14:05
21 Noyabr

COP29-da plastik tullantıların effektiv idarə edilməsi məsələsi müzakirə olunub  

14:04
21 Noyabr

COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib  

14:03
21 Noyabr

COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edilib  

14:01
21 Noyabr

Zaxarova: Moskva COP29-un əla təşkil olunduğunu qeyd edir  

13:59
21 Noyabr

COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edilib  

13:39
21 Noyabr

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib  

13:35
21 Noyabr

“İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin açılış mərasimi keçirilib  

13:24
21 Noyabr

Berlin məktəbliləri Azərbaycan Mədəniyyət Mərkəzində olublar  

13:18
21 Noyabr

Dövlət Məşğulluq Agentliyi tərəfindən 2018-2024-cü illərdə 624 min nəfər işlə təmin olunub  

13:15
21 Noyabr

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsinin 10,5 faiz çox olması nəzərdə tutulur  

13:12
21 Noyabr

COP29 çərçivəsində iqlim dəyişikliyinin mədəni irsə təsirinə dair müzakirələr aparılıb  

13:10
21 Noyabr

“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib  

13:06
21 Noyabr

COP29 çərçivəsində Qafqaz dağlarının dayanıqlılığı və regional əməkdaşlıq müzakirə olunub  

13:00
21 Noyabr

Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib  

12:44
21 Noyabr

Sabah ölkəmizdə hava əsasən yağmursuz olacaq  

12:39
21 Noyabr

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

12:34
21 Noyabr

Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırılıb  

12:30
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!