21 Noyabr 2024 13:00
185
CƏMİYYƏT
A- A+
COP29 çərçivəsində Qafqaz dağlarının dayanıqlılığı və regional əməkdaşlıq müzakirə olunub  

COP29 çərçivəsində Qafqaz dağlarının dayanıqlılığı və regional əməkdaşlıq müzakirə olunub  

COP29 zirvəsi çərçivəsində "Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova iştirak ediblər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxışında ölkələrin və icmaların iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün uyğunlaşma həlləri hazırlamalı və tədbirlər həyata keçirməli olduğunu deyib. Nazir müavini bildirib ki, uğurlu uyğunlaşma təkcə hökumətlərdən deyil, həm də maraqlı tərəflərin, o cümlədən yerli icmaların, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatların, dövlət və özəl sektorların, vətəndaş cəmiyyətinin və digər müvafiq subyektlərin fəal və davamlı cəlb edilməsindən, eləcə də biliyin səmərəli idarə edilməsindən asılıdır.

BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görüldüyünü deyib.

Markos Neto iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığını da vurğulayıb. O qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları ən azı 250 milyard ABŞ dolları təşkil edir, lakin mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi dağ ekosistemlərinin iqlim dəyişikliyindən ən çox zərər çəkən təbii ərazilər olduğunu vurğulayıb.

UNEP rəsmisi bildirib ki, ekosistem əsaslı yanaşmaları özündə birləşdirən milli adaptasiya planlarının hazırlanması bu risklərin azaldılmasında əsas rol oynaya bilər. Xüsusilə Qafqaz regionunda regional əməkdaşlığın əhəmiyyətini vurğulayan B. Pozzi qeyd edib ki, bu qlobal bir problemdir. “Dağ ekosistemlərinin zəifliklərini aradan qaldırmaq və davamlı icmalar yaratmaq üçün beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi həyati əhəmiyyət kəsb edir”, - deyə B. Pozzi əlavə edib.

Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova çıxışında iqlim dəyişikliyinə qarşı mübarizədə milli adaptasiya planlarının və regional yanaşmaların əhəmiyyətini vurğulayıb. "Milli fəaliyyətlər təkbaşına dağlıq regionlarımızı qorumaq üçün kifayət deyil. Biz səylərimizi birləşdirməli, dialoq, mübadilə və əməkdaşlıq üzərində qurulan həll yolları tapmalıyıq”, - deyə o, qeyd edib. Dinara Kemelova həmçinin Qırğızıstanın su təhlükəsizliyi, fəlakət risklərinin azaldılması və dağ ekosistemlərinin qorunması istiqamətində milli adaptasiya planlarını inkişaf etdirdiyini də bildirib:

“Birlikdə hərəkət edərək, dağlarımızın dayanıqlılığını təmin edə, insan və təbiət üçün vacib olan resursların qorunmasına nail ola bilərik. Gələcək əməkdaşlıqlar üçün dialoqu davam etdirmək və birgə iqlim risklərinin həlli üçün təşəbbüsləri dəstəkləmək istiqamətində səylərimizi əsirgəməyəcəyik”.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank iqlim dəyişikliyinin regional təsirlərini azaltmaq üçün milli fəaliyyət planlarının icrasının mühüm əhəmiyyət daşıdığını bildirib.

“Azərbaycanın milli fəaliyyət planını həyata keçirməsi, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı dayanıqlılığı artırmaq baxımından çox vacib bir addımdır”, – deyə Varank qeyd edib.

Nazir müavini Aralıq dənizi hövzəsindəki iqlim problemlərindən də danışaraq bu məsələlərin qlobal əməkdaşlıq və birgə fəaliyyət tələb etdiyini vurğulayıb. O, iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin birgə səylərinin vacibliyini xüsusi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb

21:12
03 Dekabr

Gürcüstanın Baş naziri müxalif qrupları ictimai müzakirələrə dəvət edib

20:49
03 Dekabr

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edilib

19:35
03 Dekabr

Azərbaycan və İran XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər  

19:34
03 Dekabr

Danimarkalı jurnalistlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı məqalələr hazırlayacaqlar  

19:32
03 Dekabr

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqlənib YENİLƏNİB  

17:47
03 Dekabr

Rusiya Azərbaycan sərhədinə aparan magistral yolunu genişləndirəcək  

17:46
03 Dekabr

"Səbail" Azərbaycan Kubokunda 1/4 finala adlayıb

17:32
03 Dekabr

Azərbaycanı Daşkənddəki beynəlxalq yarışda 11 gimnast təmsil edəcək

17:30
03 Dekabr

Avropa İttifaqında 2023-cü ildə yeni doğulanların sayı tarixi minimuma enib

17:29
03 Dekabr

Tramp Parisdəki Notr Dam kilsəsinin açılışında iştirak edəcək  

17:28
03 Dekabr

Rütte Ukraynaya hərbi yardımı prioritet adlandırır

17:28
03 Dekabr

Dərmanlar alternativ yolla sınaqdan keçiriləcək  

17:26
03 Dekabr

İşçilər üçün geyilə bilən iş robot hazırlanıb

17:25
03 Dekabr

Belarusun xəbər portalında Kəlbəcər haqqında reportaj dərc edilib

17:24
03 Dekabr

Şuşada İƏT Ölkələri Gənclər Təşkilatları Forumunda panel müzakirələr keçirilib  

17:23
03 Dekabr

“AzərEnerji” və bp şirkəti arasında müzakirələr aparılıb  

17:23
03 Dekabr

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir  

17:21
03 Dekabr

Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar 

17:20
03 Dekabr

Fransada siyasi böhran: hökumət növbəti həftəyə keçə biləcəkmi?  

17:01
03 Dekabr

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub  

16:49
03 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!