21 Noyabr 2024 14:07
115
CƏMİYYƏT
A- A+
BMT nümayəndəsi: İqlim dəyişikliyi nəticəsində qadınlara və azyaşlı qızlara qarşı zorakılıq halları artır  

BMT nümayəndəsi: İqlim dəyişikliyi nəticəsində qadınlara və azyaşlı qızlara qarşı zorakılıq halları artır  

2050-ci ilə qədər 236 milyon qadın və azyaşlı qız qida çatışmazlığı ilə üzləşəcək. 158 milyon qadının isə yoxsullaşacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-da BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri Сemima Njuki jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.

O, iqlim dəyişikliyinin qadınlara və azyaşlı qızlara qarşı zorakılıq hallarını artırdığını bildirib. Сemima Njuki ailələrin aclıq çəkdiyini, qida ehtiyaclarının artdığını vurğulayıb, bununla əlaqədar olaraq erkən və məcburi nikahların artdığını, qadınların və qızların daha çox qida təhlükəsizliyi ilə qarşı-qarşıya qaldığını qeyd edib.

Sədr iqlim maliyyələşməsi ilə bağlı müzakirələr zamanı, bu maliyyənin miqdarı ilə yanaşı, keyfiyyətinə də diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb. Cemima Njuki iqlim maliyyələşməsinin gender bərabərliyini nəzərə alaraq yerinə yetirilməli olduğunu bildirib:

“Hazırda adaptasiya sahəsində yalnız 4 faiz, mitiqasiya sahəsində isə yalnız 2 faiz maliyyə gender bərabərliyinə yönəldilir. 2022-ci ildə 600 milyard dollar maliyyənin yalnız 20 milyard dolları gender bərabərliyinə ayrılıb”, - deyə o qeyd edib.

Cemima Njuki iqlim dəyişikliklərinin qadınlar və azyaşlı qızlar üzərində fərqli təsir yaratdığını nəzərə alaraq, bu qeyri-bərabərlikləri aradan qaldırmaq üçün maliyyə istiqamətinin dəyişməli olduğunu bildirib. O, həmçinin maliyyənin yerli təşkilatlara, qadınlara, yerli xalqlara, feminist hərəkatlara, gənclər təşkilatlarına və gənclər tərəfindən idarə olunan təşkilatlara yönəldilməsinin vacibliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti üç iclasının tarixi və gündəliyi açıqlanıb  

17:25
21 Noyabr

COP29 çərçivəsində “EkoSfera” Sosial-Ekologiya Mərkəzi tədbir keçirib 

17:24
21 Noyabr

Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib  

17:23
21 Noyabr

Dövlət Su Ehtiyatları Agentliyinin sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” tədbirində iştirak edib  

17:22
21 Noyabr

Malayziya pavilyonunda Qarabağdakı yaşıl şəhər layihələrindən danışılıb  

17:22
21 Noyabr

Fici nümayəndə heyətinin üzvü: Biz COP29-a böyük ümidlərlə gəlmişik  

17:21
21 Noyabr

TİKA ilə ADAU arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

17:20
21 Noyabr

Tikinti və infrastruktur layihələri ilə bağlı ictimai dinləmə keçirilib  

17:20
21 Noyabr

Çad nümayəndəsi: COP29 iqlim maliyyəsinin ayrılması üçün böyük fürsətdir  

17:19
21 Noyabr

Antonio Quterreş: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik 

16:59
21 Noyabr

BMT rəsmisi: Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək

16:49
21 Noyabr

Kamerunlu iştirakçı: COP29-da veriləcək vacib qərarları biz afrikalılar səbirsizliklə gözləyirik  

16:40
21 Noyabr

Qrenada nümayəndəsi: Ümid edirəm ki, COP29-da veriləcək qərarlar nəticəsində ölkələr zəruri maliyyəni əldə edəcəklər  

16:39
21 Noyabr

BMT-nin Baş katibi: Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq  

16:39
21 Noyabr

Azərbaycanla İran arasında mədəni irsin qorunması ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib  

16:38
21 Noyabr

Bruno Pozzi: İqlim dəyişikliyi dağ ekosistemlərini ciddi təhlükə altına qoyur  

16:37
21 Noyabr

COP29 çərçivəsində “Dünyanın iqlim problemlərinin həllinə sadiq qızlar nəslini necə yetişdirmək olar?” müzakirəsi keçirilib  

16:36
21 Noyabr

BMT nümayəndəsi: 2050-ci ilədək 236 milyon qadın qida çatışmazlığı ilə üzləşəcək  

16:35
21 Noyabr

“MAIRE" Fondu COP29-da araşdırmasını təqdim edib: Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir VİDEO  

16:33
21 Noyabr

Bakı-Bişkek aviareyslərinin sayının artırılması Qırğızıstan-Azərbaycan biznes əlaqələrini daha da inkişaf etdirəcək  

16:29
21 Noyabr

BMT-nin Baş katibi: G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi   

16:27
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!