21 Noyabr 2024 17:23
118
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib  

Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib  

Noyabrın 21-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) əməkdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Mühafizənin 60 ili: BTMİ-nin Qırmızı Siyahısı” mövzusunda panel müzakirələr təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobal ekosistemin və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığını qeyd edib. Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhv olunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıq mühitində birgə addımların atılmasını tələb edən qlobal çağırışdır.

Sonra tədbir iştirakçılarına Cənubi Qafqazın zəngin təbiəti və buraya xas olan, lakin nəsli kəsilmiş bir sıra heyvan növləri barədə məlumat verilib.

IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas nadir heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. IDEA İB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın “Böyük Beşliyi” layihəsini qeyd edib. Bildirilib ki, Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb.

Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.

BTMİ-nin Şərqi Avropa, Şimali və Mərkəzi Asiya üzrə regional direktoru Oliver Avramoskinin moderatorluğu ilə keçirilən tədbir çərçivəsində çıxış edən BTMİ-nin baş direktoru Grethel Aguilar, “Conservation International” təşkilatının meşə strategiyası üzrə baş direktoru Jason Funk və “Birdlife International” təşkilatının baş meneceri Cathy Yitong Li BTMİ Qırmızı Siyahısında adları qeyd olunan canlıların mühafizəsi, eləcə də qlobal biomüxtəlifliyin birgə səylər və nəticəyönümlü fəaliyyətlər vasitəsilə qorunmasının əhəmiyyətinə dair fikirlərini müzakirə iştirakçıları ilə bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Qarabağ"ın müdafiəçisi ağır zədə alıb

19:52
21 Noyabr

COP29 iştirakçısı: Fikrimcə, danışıqlardan sonra müsbət qərarlar qəbul olunacaq

19:47
21 Noyabr

Fransada yağan qar nəqliyyatı iflic edib  

19:41
21 Noyabr

İndoneziyalı direktor: Bakı COP29-u əsrarəngiz təşkil edib

19:34
21 Noyabr

Sabiq nazir Novi Sadda vağzalın damının uçması ilə bağlı saxlanılıb

19:28
21 Noyabr

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib  

18:57
21 Noyabr

ANAMA-da İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin nümayəndəsi ilə görüş keçirilib  

18:56
21 Noyabr

Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verməyə başlaya bilər

18:54
21 Noyabr

Litva Seymi Gintautas Palutskası baş nazir postuna təsdiqləyib  

18:50
21 Noyabr

Azərbaycan Güləş Federasiyasının rəsmisi beynəlxalq komitənin prezidenti seçilib  

18:49
21 Noyabr

DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib  

18:49
21 Noyabr

Azərbaycan və Rusiya parlamentarilərinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib  

18:47
21 Noyabr

Monqolustan prezidenti 2025-ci il üçün dövlət büdcəsi qanununa veto qoyub  

18:47
21 Noyabr

İ. Kobaxidze yenidən Gürcüstanın baş naziri postuna namizəd olacaq  

18:20
21 Noyabr

Aleksandr Sayer: COP29-dakı işimizi bitirdikdən sonra qiymətləndirmə aparacağıq

18:20
21 Noyabr

Pakistanın yeganə sanitar salfet istehsalçısı: COP29-un qüsursuz keçirilməsi çox təsiredicidir  

18:18
21 Noyabr

Çin şirkəti ilə bərpaolunan enerji sahəsində ixtisaslaşan müəssisələrin qurulması müzakirə edilib  

18:17
21 Noyabr

Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub  

18:17
21 Noyabr

Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri: Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nümunəvi addımlar atır 

18:16
21 Noyabr

Məcnun Məmmədov: Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqroərzaq sistemlərinə keçidin təməl daşlarıdır  

18:14
21 Noyabr

“Azərbaycan Dəmir Yolları” “Rhenus Group” şirkəti ilə əməkdaşlığı müzakirə edib  

18:14
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!