21 Noyabr 2024 18:49
128
CƏMİYYƏT
A- A+
DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib  

DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib  

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla reallaşdırılır.

Noyabrın 20-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yeni inşa olunmuş yeməkxana kompleksi, əsaslı təmir olunan tədris korpusları və kursant yataqxanası xidməti istifadəyə verilib.

DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətinin rəhbər heyəti tədbirdən əvvəl “Heydər Əliyev guşəsi”ni və Vətən müharibəsində şəhid olmuş Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucalmış “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi zabit kadrların hazırlanması və tədris prosesinin səviyyəsinin yüksəldilməsi sahəsində kursantların xüsusi qayğı ilə əhatə olunduqlarını, Akademiyanın şəxsi heyətinin üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini və onların yüksək hazırlıq səviyyəsini xüsusi vurğulayıb.

İstifadəyə verilmiş yeməkxana kompleksinə, əsaslı təmir olunmuş tədris korpuslarına və kursant yataqxanasına baxış keçirilib, xatirə fotoşəkilləri çəkdirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi və rəhbər heyət kursantlarla nahar ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib  

23:07
21 Noyabr

 Yeni “Wrangler” nümayiş olunub   

23:03
21 Noyabr

“Jaguar”ın yeni loqotipi təqdim edilib

23:00
21 Noyabr

“Messenger”də yeni funksiyalar təqdim edilib

22:48
21 Noyabr

Braziliya rəsmisi: Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir  

22:45
21 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib  

22:39
21 Noyabr

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə edilib  

22:38
21 Noyabr

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filminin təqdimatı olub  

22:36
21 Noyabr

COP29-un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır  

22:34
21 Noyabr

Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb  

22:33
21 Noyabr

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib  

22:31
21 Noyabr

Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu VİDEO  

22:25
21 Noyabr

COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb  

22:22
21 Noyabr

Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib

22:03
21 Noyabr

Çinli layihə meneceri: COP29-da maliyyə məsələlərinə diqqət yetiririk  

22:02
21 Noyabr

Syed Arif Vali: COP29 konfransı bütün dünya üçün strateji əhəmiyyət daşıyır  

22:01
21 Noyabr

Umayra Tağıyeva: “Bakıdan Belenə” sadəcə yol xəritəsi deyil, qlobal əməkdaşlıq üçün çağırışdır  

22:00
21 Noyabr

İsmail Serageldin: COP29-da bir sıra təşəbbüslər çox ciddi müzakirə olundu VİDEO  

21:58
21 Noyabr

“NAS” şirkətinin nümayəndəsi: COP29 bizim üçün əla fürsət yaratdı  

21:57
21 Noyabr

Qətər rəsmisi: Azərbaycanla əlaqələr yüksək səviyyədədir  

21:55
21 Noyabr

Fələstinin rəsmi xəbər agentliyi COP29 barədə silsilə yazılar yayıb  

21:54
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!