21 Noyabr 2024 14:04
105
CƏMİYYƏT
A- A+
COP29-da plastik tullantıların effektiv idarə edilməsi məsələsi müzakirə olunub  

COP29-da plastik tullantıların effektiv idarə edilməsi məsələsi müzakirə olunub  

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunan tədbir plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı sahəsində çalışan müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirib.

Toplantının məqsədi plastik tullantıların yaratdığı qlobal və regional çağırışları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək və mümkün həll yollarını araşdırmaqdır.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir: “Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır. Bu, ekosistemlərin pozulmasına, dəniz və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Plastik tullantıların effektiv idarə edilməsi və iqlim dayanıqlılığının təmin edilməsi üçün birgə səylərimiz zəruridir. COP29 tədbirindən sonrakı dövrdə əldə edəcəyimiz nəticələr iqlim dayanıqlılığı, o cümlədən tullantıların idarə olunması sahəsində mühüm irəliləyişlərə səbəb olacaq”.

Görüşdə plastik tullantıların iqlim dəyişikliyinə və ətraf mühitə mənfi təsirləri vurğulanıb və Azərbaycanın bu sahədə atdığı addımlar, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib.

Məruzəçilər öz ölkələrində plastik tullantıların idarə olunması sahəsində həyata keçirilən təşəbbüslər və əldə olunan nailiyyətlər haqqında danışıblar.

Tədbirdə plastik tullantıların idarə edilməsində sektorlararası əməkdaşlığın rolu, maliyyə dəstəyi mexanizmləri, korporativ sosial məsuliyyət layihələri və dövlət-özəl tərəfdaşlıqları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin İstehsalçının Genişləndirilmiş Məsuliyyəti (EPR) yanaşmasının tətbiqi, tullantıların azaldılması, təkrar emalın təşviqi və dövri iqtisadiyyat modellərinin tətbiqi kimi mövzular müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“MAIRE" Fondu COP29-da araşdırmasını təqdim edib: Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir VİDEO  

16:33
21 Noyabr

Bakı-Bişkek aviareyslərinin sayının artırılması Qırğızıstan-Azərbaycan biznes əlaqələrini daha da inkişaf etdirəcək  

16:29
21 Noyabr

BMT-nin Baş katibi: G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi   

16:27
21 Noyabr

İraqın şimalında təhlükəli PKK terrorçusu zərərsizləşdirilib  

16:27
21 Noyabr

COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib  

16:26
21 Noyabr

Türkiyəli ekspert: Qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılmasının müzakirəsi artıq gecdir  

16:25
21 Noyabr

COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə məsələləri müzakirə olunub

16:24
21 Noyabr

Umayra Tağıyeva: Meşələr üçün iqlim maliyyələşməsi səfərbər edilməlidir  

16:23
21 Noyabr

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb  

16:22
21 Noyabr

Türkmənabadda II Türkmənistan-Özbəkistan regionlararası forumu açılıb

16:13
21 Noyabr

Azərbaycanın xarici işlər naziri misirli həmkarı ilə regional məsələləri müzakirə edib

15:59
21 Noyabr

Olimpiya mükafatçısı Milli Gimnastika Arenasının qonağı olub  

15:58
21 Noyabr

Ağ Ev Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək niyyətindədir  

15:55
21 Noyabr

İslandiyada Sundhnukur vulkanı bir il ərzində yeddinci dəfə püskürməyə başlayıb.  

15:54
21 Noyabr

Avstraliya parlamenti 16 yaşdan kiçik istifadəçilərə sosial şəbəkələrdə qadağa qoya bilər  

15:53
21 Noyabr

Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəkləyib  

15:52
21 Noyabr

Zaporojye Atom Elektrik Stansiyasında elektrik xətti kəsilib  

15:51
21 Noyabr

“Vatican News”: COP29-da misli görünməmiş iqlim böhranı ilə mübarizə yolları axtarılır  

15:50
21 Noyabr

BHİK Baş katibinin müavini “Buzovna” Fizioterapiya Mərkəzində olub  

15:43
21 Noyabr

Dünya Bankının rəsmisi: COP29-da prioritetim iqlim maliyyəsinə necə çıxış əldə etmək məsələsini gündəmə gətirməkdir  

15:41
21 Noyabr

Baş direktor: Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir  

14:59
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!