21 Noyabr 2024 16:25
98
CƏMİYYƏT
A- A+
Türkiyəli ekspert: Qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılmasının müzakirəsi artıq gecdir  

Türkiyəli ekspert: Qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılmasının müzakirəsi artıq gecdir  

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2030-cu ilə qədər qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması mövzusunun müzakirəsi mənasızdır. Bu hədd artıq aşılıb.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində Türkiyənin Boğaziçi Universitetinin İqlim Dəyişikliyi Siyasətinin Tədqiqi və Tətbiqi Mərkəzi İdarə Heyətinin rəhbəri, professor Murat Türkeş ifadə edib.

Alimlərin 2024-cü ilin ən isti il olacağına dair təxminlərini şərh edən Türkeş, həmçinin keçən il avropalı mütəxəssislərin qlobal istiləşmənin sənayedən əvvəlki dövrlə müqayisədə 1,48 dərəcə artım qeyd etdiyinə diqqət çəkib. “Məncə, Paris razılaşmasının qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə dair minimum hədd də aşılıb və son 15 ayda bəşəriyyət yeni iqlim reallıqlarında yaşayır”, - deyə türkiyəli professor bildirib.

Ekspert qeyd edib ki, dünya ictimaiyyəti ekoloji sahədə real addımlar atmaq üçün səylərini birləşdirməsə, hər yeni il temperatur göstəriciləri baxımından “yeni rekord qırılacaq”. “Təəssüf ki, əgər bu ilin noyabr və dekabr aylarında əvvəlki aylarda olduğu kimi dünyada orta temperatur normadan artıq olarsa, 2024-cü ildə qlobal istiləşmə sənayedən əvvəlki dövrlə müqayisədə 1,55 dərəcə Selsi təşkil edəcək. Beləliklə, cari il müşahidələr tarixində temperaturun ardıcıl olaraq normaları aşdığı ilk il olacaq. Bütün bunlar dünyada təbii fəlakətlərin sayını artıracaq”, - deyə Boğaziçi Universitetinin müəllimi bildirib., istisna etməyib ki, əsrin sonuna qədər dünya ictimaiyyəti artıq qlobal istiləşmənin 3 dərəcə Selsiyə qədər məhdudlaşdırılması məsələsini müzakirə edəcək. “Bu, yalnız dövlətlərin götürdüyü bütün öhdəliklərin tam şəkildə yerinə yetirildiyi təqdirdə baş verməyəcək” –deyə ekspert vurğulayıb.


Professor Murat Türkeş qeyd edib ki, Paris razılaşması atmosferə atılan istixana qazlarının cəmi 3 faiz azalmasına səbəb olub. “Əgər dünya birliyi iqlim böhranı ilə mübarizə üçün real addımlar atsa, onda 3 dərəcə Selsi istiləşmə həddini müzakirə edəcək. Əks halda, temperaturun yüksəlməsi 5 dərəcəyə çatacaq və kataklizmlər xüsusilə dağıdıcı olacaq”, - deyə o, bəşəriyyətin qlobal istiləşməyə hətta 2 dərəcə səviyyəsində uyğunlaşma imkanlarının çox məhdud olduğunu qeyd edib.


COP29 gündəliyinə qayıdan ekspert qeyd edib ki, iqlimin maliyyələşdirilməsi mövzusu xüsusilə adaptasiya və təbiətdəki dəyişikliklərin nəticələrinin aradan qaldırılması kontekstində vacib və aktualdır. “Əvvəlcə elan edilmiş 100 milyard dollar məbləği son dərəcə qeyri-kafidir. İqlim məqsədləri üçün bir neçə trilyon dolların tez bir zamanda ayrılması məsələsini müzakirə etmək lazımdır”, –deyə Boğaziçi Universitetinin professoru vurğulayıb.


O, ABŞ-da prezident seçkilərinin nəticələrinin qlobal iqlim gündəliyinə təsirinin müzakirəsinə də diqqət çəkib. “Məsələ təkcə Donald Tramp administrasiyasının Paris Sazişindən yenidən çıxması ssenarisi deyil. ABŞ hazırda BMT daxilində iqlim xərclərinin dörddəbirini ödəyir. Buna görə də Vaşinqtonun iştirakı olmadan iqlim böhranı ilə mübarizədə kollektiv səylərdə uğur qazanma ehtimalı azdır. Kiotoda belə bir vəziyyətlə qarşılaşdıq”, -deyə İqlim Dəyişikliklərinin Tədqiqi və Siyasətinin Tətbiqi Mərkəzinin rəhbəri bildirib.


O, həmçinin ABŞ ilə Çin arasında davam edən rəqabəti xatırladıb ki, bu da iqlim dəyişikliyinə qarşı mübarizədə özünü büruzə verir: “Vaşinqton israrla Pekindən təkcə istixana qazı emissiyalarının azaldılması üzrə öhdəliklərdə deyil, həm də iqlimin maliyyələşdirilməsində iştirak etməyi tələb edir. Pekin isə Çinin inkişaf etməkdə olan ölkələr siyahısına daxil edilməsini əsas gətirir və buna etiraz edir”.


Onun sözlərinə görə, iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlər inkişaf etməkdə olan ölkələrə daha çox ziyan vurur. “Bu ölkələr ərzaq təhlükəsizliyi problemlərini həll etməkdə çox çətinlik çəkir. Bu baxımdan, dövlətlərin 2025-ci ildə dərc etməyi planlaşdırdığı və milli olaraq müəyyən edilmiş töhfələr daha iddialı məqsədləri ehtiva etməlidir”, -deyə professor hesab edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Qarabağ"ın müdafiəçisi ağır zədə alıb

19:52
21 Noyabr

COP29 iştirakçısı: Fikrimcə, danışıqlardan sonra müsbət qərarlar qəbul olunacaq

19:47
21 Noyabr

Fransada yağan qar nəqliyyatı iflic edib  

19:41
21 Noyabr

İndoneziyalı direktor: Bakı COP29-u əsrarəngiz təşkil edib

19:34
21 Noyabr

Sabiq nazir Novi Sadda vağzalın damının uçması ilə bağlı saxlanılıb

19:28
21 Noyabr

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib  

18:57
21 Noyabr

ANAMA-da İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin nümayəndəsi ilə görüş keçirilib  

18:56
21 Noyabr

Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verməyə başlaya bilər

18:54
21 Noyabr

Litva Seymi Gintautas Palutskası baş nazir postuna təsdiqləyib  

18:50
21 Noyabr

Azərbaycan Güləş Federasiyasının rəsmisi beynəlxalq komitənin prezidenti seçilib  

18:49
21 Noyabr

DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib  

18:49
21 Noyabr

Azərbaycan və Rusiya parlamentarilərinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib  

18:47
21 Noyabr

Monqolustan prezidenti 2025-ci il üçün dövlət büdcəsi qanununa veto qoyub  

18:47
21 Noyabr

İ. Kobaxidze yenidən Gürcüstanın baş naziri postuna namizəd olacaq  

18:20
21 Noyabr

Aleksandr Sayer: COP29-dakı işimizi bitirdikdən sonra qiymətləndirmə aparacağıq

18:20
21 Noyabr

Pakistanın yeganə sanitar salfet istehsalçısı: COP29-un qüsursuz keçirilməsi çox təsiredicidir  

18:18
21 Noyabr

Çin şirkəti ilə bərpaolunan enerji sahəsində ixtisaslaşan müəssisələrin qurulması müzakirə edilib  

18:17
21 Noyabr

Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub  

18:17
21 Noyabr

Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri: Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nümunəvi addımlar atır 

18:16
21 Noyabr

Məcnun Məmmədov: Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqroərzaq sistemlərinə keçidin təməl daşlarıdır  

18:14
21 Noyabr

“Azərbaycan Dəmir Yolları” “Rhenus Group” şirkəti ilə əməkdaşlığı müzakirə edib  

18:14
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!