21 Noyabr 2024 14:01
115
COP29
A- A+
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edilib  

COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edilib  

Noyabrın 21-də COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, iqlim müdafiəçisi və Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serimin moderatorluğu ilə keçirilən tədbirdə SİDS-lərin üzləşdiyi dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələri, okean turşulaşması, biomüxtəlifliyin azalması, su çatışmazlığı, iqtisadi çətinliklər kimi əsas problemlərdən danışılıb.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Talia, Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland, “ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Rebekka Nadin və Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmosun Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov çıxış ediblər.

Bildirilib ki, Kiçik ada dövlətləri coğrafi yerləşmələri və iqtisadi quruluşları səbəbindən iqlim dəyişikliklərinə ən həssas ölkələr arasında yer alır. Qeyd edilib ki, dəniz səviyyəsinin yüksəlməsi bu kiçik ada ölkələrində sahil eroziyası, şorlaşma, su basması və yaşayış məntəqələrinin itməsi kimi problemlər yaradıb.

Çıxış edənlər diqqətə çatdırıb ki, qasırğalar, daşqınlar, quraqlıqlar kimi ekstremal hava hadisələri infrastruktur, kənd təsərrüfatı və turizm sektoruna ciddi zərər verir. Okean turşlaşması dəniz ekosistemlərinə zərər verərək, balıqçılıq və digər dəniz məhsulları ilə bağlı fəaliyyətləri təhdid edir. Biomüxtəlifliyin azalması Mərcan qayalıqlarının ağarması, dəniz canlılarının məhv olması və ekosistem xidmətlərinin zəifləməsi kimi nəticələrə səbəb olur. Adaların sakinləri şirin su ehtiyatlarının azalması, şorlaşma və suyun keyfiyyətinin pisləşməsi kimi problemlər yaşayır. Həmçinin çıxışlarda iqlim dəyişikliyinin turizm, balıqçılıq və kənd təsərrüfatı kimi əsas gəlir mənbələrini zəiflətdiyi, bərpa işlərinə böyük vəsait ayrılması və borc yükünün artması kimi iqtisadi çətinliklər yaratdığı vurğulanıb.

Tədbirdə iqlim dəyişikliyinin SİDS-lərin ekosistemlərinə təsirlərindən də danışılıb. Bildirilib ki, Mərcan qayalıqları dəniz həyatının müxtəlif növləri üçün əhəmiyyətli yaşayış mühitini təşkil edir. Onların dağılması, biomüxtəlifliyin azalmasına və balıqçılıq sektoruna ciddi zərər verərək yerli icmaların gəlirlərini azaldır. Manqrov meşələri məhv olur. Bu meşələr sahil eroziyasını azaltmaq, suyun keyfiyyətini yaxşılaşdırmaq və biomüxtəlifliyi qorumaq kimi vacib funksiyaları yerinə yetirir. Onların məhv olması sahil xəttinin çəkilməsinə, suyun çirklənməsinə və balıqçılıq potensialının azalmasına səbəb olur. Dəniz otları suyun keyfiyyətini yaxşılaşdırmaq, sahil eroziyasını azaltmaq və dəniz həyatına sığınacaq təmin etmək kimi funksiyaları yerinə yetirir. Onların azalması suyun bulanmasına, oksigen səviyyəsinin aşağı düşməsinə və balıqçılıq məhsuldarlığının azalmasına səbəb olur.

Kiçik ada dövlətlərinin üzləşdiyi bu təbii fəlakətlərin həlli üçün qlobal səviyyədə karbon emissiyalarının azaldılması, təmiz enerji mənbələrinə keçid və davamlı inkişaf məqsədlərinə nail olunmalıdır. Bəzi fəlakətlərin təsirlərini azaltmaq üçün adaptasiya tədbirləri vacibdir. Dəniz səviyyəsinin yüksəlməsinə qarşı müdafiə bəndləri və digər mühəndislik qurğularının tikilməsi, su ehtiyatlarının idarə edilməsi, əkinçilik üsullarının dəyişdirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması kimi vacib tədbirlər görülməlidir.

Tədbirdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd edilərək bildirilib ki, iqlim maliyyələşdirməsinin artırılması, texnologiya transferi və bilik mübadiləsi vasitəsilə SİDS-lərin adaptasiya və dayanıqlılıq qabiliyyətləri artırılmalıdır.

Çıxış edənlər, həmçinin iqlim dəyişikliklərinin Kiçik ada dövlətləri və onların ekosistemlərinin mövcudluğu üçün ciddi bir təhdid olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu problemin həlli üçün qlobal və yerli səviyyədə birgə səylər göstərilməli, adaptasiya tədbirləri gücləndirilməli və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan siyasətlər hazırlanmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti üç iclasının tarixi və gündəliyi açıqlanıb  

17:25
21 Noyabr

COP29 çərçivəsində “EkoSfera” Sosial-Ekologiya Mərkəzi tədbir keçirib 

17:24
21 Noyabr

Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib  

17:23
21 Noyabr

Dövlət Su Ehtiyatları Agentliyinin sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” tədbirində iştirak edib  

17:22
21 Noyabr

Malayziya pavilyonunda Qarabağdakı yaşıl şəhər layihələrindən danışılıb  

17:22
21 Noyabr

Fici nümayəndə heyətinin üzvü: Biz COP29-a böyük ümidlərlə gəlmişik  

17:21
21 Noyabr

TİKA ilə ADAU arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

17:20
21 Noyabr

Tikinti və infrastruktur layihələri ilə bağlı ictimai dinləmə keçirilib  

17:20
21 Noyabr

Çad nümayəndəsi: COP29 iqlim maliyyəsinin ayrılması üçün böyük fürsətdir  

17:19
21 Noyabr

Antonio Quterreş: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik 

16:59
21 Noyabr

BMT rəsmisi: Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək

16:49
21 Noyabr

Kamerunlu iştirakçı: COP29-da veriləcək vacib qərarları biz afrikalılar səbirsizliklə gözləyirik  

16:40
21 Noyabr

Qrenada nümayəndəsi: Ümid edirəm ki, COP29-da veriləcək qərarlar nəticəsində ölkələr zəruri maliyyəni əldə edəcəklər  

16:39
21 Noyabr

BMT-nin Baş katibi: Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq  

16:39
21 Noyabr

Azərbaycanla İran arasında mədəni irsin qorunması ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib  

16:38
21 Noyabr

Bruno Pozzi: İqlim dəyişikliyi dağ ekosistemlərini ciddi təhlükə altına qoyur  

16:37
21 Noyabr

COP29 çərçivəsində “Dünyanın iqlim problemlərinin həllinə sadiq qızlar nəslini necə yetişdirmək olar?” müzakirəsi keçirilib  

16:36
21 Noyabr

BMT nümayəndəsi: 2050-ci ilədək 236 milyon qadın qida çatışmazlığı ilə üzləşəcək  

16:35
21 Noyabr

“MAIRE" Fondu COP29-da araşdırmasını təqdim edib: Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir VİDEO  

16:33
21 Noyabr

Bakı-Bişkek aviareyslərinin sayının artırılması Qırğızıstan-Azərbaycan biznes əlaqələrini daha da inkişaf etdirəcək  

16:29
21 Noyabr

BMT-nin Baş katibi: G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi   

16:27
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!