06 Oktyabr 2026 08:15
441
İQTİSADİYYAT
A- A+
Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid


Bu, 2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərdə əks olunub


Dünyanın hər yerində belədir: qəbul olunmuş yanaşmaya görə, dövlət büdcəsinin sosialyönümlü hesab edilməsi üçün onun xərclərində sosial sahələrə ayrılan vəsaitlərin əhəmiyyətli paya malik olması əsas meyarlardandır. Məhz bu səbəbdən  dövlət büdcəsinin sosialyönümlülüyünü qiymətləndirərkən buraya yönəldilən xərclərin ümumi büdcə xərclərindəki payı xüsusi əhəmiyyət daşıyır. 2027-ci ilin dövlət büdcəsinin də sosialyönümlü xarakter daşıyacağı gözlənilir.

Sentyabrın 24-də Nazirlər Kabinetində "Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri", eləcə də "Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" ilə bağlı keçirilən geniş iclasda Baş nazir Əli Əsədov bu barədə məlumat verib. Baş nazirin dövlət büdcəsinin qarşıdakı dövr üçün əsas prioritetlərinin müəyyənləşdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, sosial müdafiə tədbirlərinin davam etdirilməsi və iqtisadi inkişafın dayanıqlılığının təmin olunması məsələləri xüsisi qeyd olunub.

 "Sosialyönümlü büdcə" dedikdə dövlət vəsaitinin əhəmiyyətli hissəsinin əhalinin sosial rifahına və gündəlik həyatına birbaşa təsir edən sahələrə ayrılması nəzərdə tutulur. Buraya sosial müdafiə və təminat, təhsil, səhiyyə, məşğulluq və digər sosial sahələr üzrə xərclər daxildir. Əsas məqsəd əhalinin sosial müdafiəsini təmin etmək, aztəminatlı və həssas qruplara dövlət dəstəyini gücləndirmək, insanların təhsil və səhiyyə xidmətlərinə çıxışını yaxşılaşdırmaqdır. Eyni zamanda pensiya, müavinət, sosial ödənişlər, təhsil və səhiyyə xərcləri də sosialyönümlü büdcənin əsas istiqamətləri sırasında yer alır. Ona görə də sosial xərclərin ümumi büdcə xərclərindəki payı dövlətin sosial siyasətinin vacib  göstəricilərindən biri hesab olunur. 

Qeyd edək ki, Azərbaycan dövlətinin sosial siyasətində insan amili hər zaman əsas istiqamətlərdən olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətdə əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması xüsusi önəm daşıyır. Son illər bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər və ayrılan maliyyə vəsaitləri  dediklərimizin sübutudur. Fakt: 2026-cı ilin dövlət büdcəsi də sosialyönümlü olaraq təsdiq edilib. Bu il sosialyönümlü xərclərə 17,1 milyard manat vəsait ayrılıb. Bu məbləğ ümumi dövlət büdcəsi xərclərinin 41 faizini təşkil edir. Cari xərclərdə isə sosialyönümlü xərclərin payı daha yüksək, yəni 68 faiz səviyyəsindədir. Ayrılan vəsaitin əsas istiqamətləri də sosial siyasətin prioritetlərini göstərir. 2026-cı ildə sosial müdafiə və təminat xərclərinə 4 milyard 872 milyon 958 min manat ayrılıb. Təhsil xərcləri 5 milyard 16 milyon 397 min manat, səhiyyə xərcləri isə 2 milyard 24 milyon 314 min manat təşkil edib. Yəni dövlət büdcəsinin əhəmiyyətli hissəsi insanların sosial təminatına, təhsilinə və sağlamlığına yönəldilib.

Bu mənada 2027-ci ilin dövlət büdcəsinin göstəriciləri də həmin siyasətin davam etdiriləcəyindən xəbər verir. Növbəti il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin 44 faizinin sosialyönümlü olması nəzərdə tutulur. Beləliklə, 2026-cı ildə büdcə xərclərinin 41 faizini təşkil edən sosialyönümlü xərclərin 2027-ci ildə 44 faizə çatdırılması nəzərdə tutulur. Rəqəmlər  sosial sahənin dövlət maliyyə siyasətində mühüm yer tutduğunu əks etdirir. Onların arxasında milyonlarla insanın gündəlik həyatına təsir edən konkret istiqamətlər dayanır.

Əslində, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin yeni istiqaməti deyil, bu sahə həmişə diqqət mərkəzində saxlanılıb. Əhalinin gəlirlərinin artırılması, sosial ödənişlərin və pensiyaların yüksəldilməsi, həssas əhali qruplarına dövlət dəstəyinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Belə siyasətin əsas məqsədi iqtisadi inkişafın nəticələrinin insanların rifahında öz əksini tapmasını təmin etməkdir. Xüsusilə şəhid və aztəminatlı ailələr, qazilər və sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşlar üçün müxtəlif dəstək mexanizmləri formalaşdırılıb. Dövlət büdcəsində sosial xərclərin yüksək paya malik olması həyata keçirilən sosial siyasətin maliyyə təminatını göstərən əsas amillərdən biridir.

Burada əsas məqam yalnız sosial xərclərin həcmi deyil. Önəmli məsələ dövlət büdcəsindən ayrılan vəsaitin insanların həyatına necə təsir etməsidir. Pensiyanın artması, sosial ödənişlərin yüksəldilməsi, aztəminatlı ailələrin dəstəklənməsi və sosial xidmətlərin genişləndirilməsi onların rifahına birbaşa təsir edən amillərdir. Ona görə də gələn il sosialyönümlü xərclərin büdcədə daha böyük paya malik olması sosial müdafiə tədbirlərinin davam etdirilməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Hər zaman olduğu kimi, qarşıdakı dövrdə də əsas hədəflərdən biri dövlətin sosial dəstəyinə ehtiyacı olan vətəndaşların müdafiəsinin gücləndirilməsi və sosial xidmətlərin əlçatanlığının artırılmasıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanın ildən-ilə uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik

01:51
27 Oktyabr

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə

01:50
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:49
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:48
27 Oktyabr

Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında

01:47
27 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:45
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

01:44
27 Oktyabr

Azərbaycan və UNESCO süni intellekt, təhsil və mədəni irs sahələrində əməkdaşlığı genişləndirir  

23:23
26 Oktyabr

Xarkova hava zərbələri endirilib, ölənlər var  

22:52
26 Oktyabr

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  

22:49
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  

22:29
26 Oktyabr

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub  

22:07
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!