17 Oktyabr 2026 10:00
1975
İQTİSADİYYAT
A- A+
Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır


Bu günlər Tərtərin pambıq tarlalarındakı sükutu kombaynların səsi pozur. İndi zəhmətlə dolu günlərin bəhrəsini görmək üçün məhsul yığımını mütəşəkkil təşkil etmək, pambığın qısa müddətdə və itkisiz toplanmasına nail olmaq lazımdır.

Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il mayın 25-də keçirilən müşavirədə kənd təsərrüfatının inkişafının, o cümlədən məhsuldarlığın artırılmasının, müasir texnologiyaların tətbiqinin və fermerlərə dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. Dövlət başçısının səsləndirdiyi həmin tövsiyələrə uyğun olaraq, Tərtərdə pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2132,4 hektar sahədə pambbıq əkilib. Bunun 1014,6 hektarı “Prime Cotton”, 774  hektarı “Azərpambıq” MMC-lər və 343,8 hektarı “Elakotton” şirkəti ilə bağlanmış müqavilələr əsasında həyata keçirilib.

Rayonun Poladlı kəndindən olan fermer Vəliyəddin Əliyevin pambıqçılıqda təcrübəsi çoxdur. Bu günlər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəxəssislərlə birlikdə onun təsərrüfatında olub. Fermerə lazımi tövsiyələr və məsləhətlər verilib. V.Əliyev qeyd edib ki, yığım prosesində heç bir çətinlik yoxdur, məhsul müasir texnika ilə toplanır, operativlik təmin edilir.

Vəliyyəddin Əliyev kənd təsər-rüfatının inkişafı ilə bağlı yeni dövlət proqramından irəli gələn vəzifələrdən də danışıb: “Pambıqçılıq rayonumuz üçün ənənəvi sahədir. İldən-ilə bu sahədə yüksək göstəricilərə nail oluruq. Lakin indi qarşımıza yeni vəzifələr qoyulub. Bu isə o deməkdir ki, əkin sahələrini artırmadan elmi nailiyyətlərdən bacarıqla istifadə etməklə məhsuldarlığı yüksəltməliyik. Xüsusən də suvarmada, becərmədə mütərəqqi texnologiyalar tətbiq olunmalıdır. Hədəf hər hektardan 50 sentner məhsul götürməkdir”.

“Azərpambıq” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən fermer Hökmdar Quliyev ötən il 2 hektar sahədən 40 sentner məhsul götürüb. Cari il mövsümün əvvəlində hava şəraiti xeyli çətinlik törətsə də, o, səpini vaxtında apara bilib. Tələb olunan aqrotexniki tədbirləri, xüsusən suvarma, dərmanlama işlərini məsuliyyətlə yerinə yetirib və yığımın gedişi göstərir ki, nəticə ötənildəkindən də yüksək – hektardan 50 sentner olacaq.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev bildirir ki, ötən mövsüm rayon üzrə məhsuldarlıq 37,65 sentner olub: “Cari mövsüm səpin vaxtı intensiv yağışlar yağdığı üçün bəzi yerlərdə təkrar səpin aparıldı. Mütəxəssislərimiz bütün becərmə dövrü yerlərdə baxış keçirərək, fermerlərə və kiçik ailə təsərrüfatı üzvlərinə məsləhət və tövsiyələr verdilər, nöqsan və problemlərin dərhal aradan götürülməsinə kömək etdilər. Nəticə göz önündədir. Hazırda pambıq yığımı mütəşəkkil qaydada gedir. Mütəxəssislər və pambıqçılar əmindirlər ki, “ağ qızıl” yenə də onların üzünü ağ edəcək”.


Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub 

12:43
24 Noyabr

Komitə sədri: Qadınlara qarşı zorakılıqla mübarizə cəmiyyətin birgə səylərini tələb edir  

12:39
24 Noyabr

Sabahdan hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

12:37
24 Noyabr

Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulur  

12:28
24 Noyabr

Hicran Hüseynova: Qadınlar cəmiyyətdə mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar  

12:19
24 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 

12:13
24 Noyabr

Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib  

12:03
24 Noyabr

Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib  

12:01
24 Noyabr

Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına  

11:57
24 Noyabr

“Marca” nəşri “Sabah”ın heyətində 5 futbolçunu fərqləndirib

11:32
24 Noyabr

Bu ilin 10 ayında 26 mindən çox şəxsə proaktiv qaydada əmək pensiyası təyin olunub

11:31
24 Noyabr

Milli Məclisdə enerji, miqrasiya və qanunvericilik məsələləri müzakirə olunur

11:28
24 Noyabr

X Beynəlxalq Bankçılıq Forumunda bir sıra sənədlər imzalanıb

11:26
24 Noyabr

Ötən gün 57 cinayətin açılması təmin olunub

11:19
24 Noyabr

BƏƏ-də avtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb

11:18
24 Noyabr

İndoneziya səfiri: Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var  

11:17
24 Noyabr

Hərbi qələbə Kəlbəcərin itkisiz qaytarılmasına imkan verdi  

11:05
24 Noyabr

Hərbi qulluqçumuz uzunsürən ağır xəstəlikdən vəfat edib

10:59
24 Noyabr

Ötən gün 57 cinayətin açılması təmin olunub

10:51
24 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:01
24 Noyabr

Azərbaycan nefti 94 dollara satılır

10:00
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!