26 Iyul 2024 09:23
106
DÜNYA
A- A+

Harris - Tramp debatı sentyabrın 17-si keçirilə bilər

 

ABŞ-ın vitse-prezidenti Kamala Harrislə keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp arasında sentyabrın 17-də Pensilvaniyada ilk debat keçirilə bilər. Bu barədə “Fox News” məlumat yayıb.

Bu gün Demokratlar Partiyasının real namizədi Kamala Harris Trampa debata hazır olduğunu açıqlayıb. O, eyni zamanda Trampı “ABC News” tərəfindən sentyabrın 10-da təşkil olunması planlaşdırılan debatla bağlı geri addım atmaqda günahlandırıb. Tramp isə “Fox News”un keçirəcəyi debatı üstün tutduğunu deyərək Harrislə 2 debata hazır olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 10-u üçün nəzərdə tutulmuş debat Trampla Bayden arasında baş tutmalı idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video