01 Noyabr 2024 09:32
389
COP29
A- A+
Haber7 telekanalı: COP29 iqlim böhranının həlli üçün son şansdır

Haber7 telekanalı: COP29 iqlim böhranının həlli üçün son şansdır

Türkiyənin "Haber7" telekanalı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasının - COP29 məqsədləri fonunda bərpaolunan enerji mənbələrindən (BEM) daha fəal istifadənin əhəmiyyəti haqqında reportaj hazırlayıb. Xəbərdə COP29 iqlim böhranını həll etmək üçün son şans kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, reportajda ölkələrin enerji təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün qazıntı yanacaq növlərindən imtina edilməsi zəruriliyinə diqqət yönəldən ekspert Emrah Özgülün qiymətləndirməsi təqdim olunur.

Türkiyəli ekspertin fikrincə, Türkiyənin ekoloji məqsədlərinə nail olmaq, o cümlədən 2053-cü ilə qədər atmosferə zərərli emissiyaları sıfırlamaq üçün enerji sektoruna xüsusi diqqət yetirilməsi vacibdir.

Özgül BMT Baş Assambleyasının bu il sentyabrın sonunda dünyanın 143 dövləti tərəfindən təsdiq edilmiş “Gələcək naminə Pakt” sənədini xatırladıb. “Bu sənədə əsasən, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, qum-toz fırtınaları, ətraf mühitin çirklənməsi və digər ekoloji problemlər dövlətlərin təbii mühiti və inkişaf perspektivləri üçün ciddi risklər yaradır”, - deyən ekspert vurğulayıb ki, növbəti 10 il qarşıya qoyulan məqsədlərə nail olmaq üçün çox vacibdir.

Dayanıqlı inkişaf, iqtisadi inkişaf, sosial sabitlik və milli təhlükəsizlik, bütün dünyada ölkələrin rifahının təşviq edilməsi sahəsində məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb edən enerjiyə çıxışın və enerji təhlükəsizliyinin təmin edilməsindən bəhs edən “Gələcək naminə Pakt”ın 25-ci maddəsinə xüsusi diqqət yetirilir.

Bununla əlaqədar olaraq, ekspert 2030-cu ilə qədər bütün dünyada bərpaolunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin artırılmasının qlobal orta illik sürətinin iki dəfə artırılması çağırışını xatırladıb.

Reportajda COP28 konfransında qazıntı yanacaq istehlakını azaltmağa hazır olduqlarını bəyan edən ölkələrin vədlərinə əməl etmədikləri, təmiz enerji mənbələrindən istifadə həcminin isə arzuolunandan çox aşağı olduğu göstərilir.

Qeyd olunur ki, Azərbaycanda keçiriləcək konfransın prioritet istiqamətlərindən biri iqlim maliyyələşməsi və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələri üzrə konsensus məsələsi olacaq.

Emrah Özgülün fikrincə, Azərbaycanda COP29 iştirakçıları tərəfindən müzakirə olunacaq “Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) sənədi müstəsna əhəmiyyət kəsb edir.

“COP29-un gündəminin mühüm maddəsi həm də inkişaf etməkdə olan ölkələrə təbii fəlakətlərdən dəyən zərərin ödənilməsinə kömək məqsədilə yaradılmış İtki və Zərər Fondunun effektivliyinin artırılmasıdır”, - deyə türkiyəli ekspert davam edib.

O, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının enerji təchizatının təhlükəsizliyini strateji əhəmiyyətli məsələ kimi qəbul edən Türkiyə üçün də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ekspert uğurlu nümunə kimi Türkiyə liderinin xanımı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən və hazırda ekoloji hərəkata çevrilən, artıq 105 ölkəni əhatə edən “Sıfır Tullantı” təşəbbüsünü göstərib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!